Qripə qarşı təbii profilaktik tədbirlər - FOTOLAR

Qripə qarşı təbii profilaktik tədbirlər - FOTOLAR

Sentyabr ayının sonuna yaxınlaşırıq. Bu isə o deməkdir ki, soyuqdəymələrdən və qrip epidemiyasından qorunmaq üçün sağlamlığa diqqət etmək xüsusilə vacibdir. Bu dövrdə bədəni tonusda saxlamaq üçün çoxlu tərəvəz və meyvə yemək, tez-tez idmanla məşğul olmaq, həmçinin pəhrizə daha diqqətlə yanaşmaq tövsiyə edilir.

 

Sfera.az-ın sağlamlıq bölməsi xəbər verir ki, gündəlik rasionuna cəmi bir neçə təbii inqrediyentləri əlavə etməklə xoşagəlməz xəstəliyə tutulmaq şansını on dəfə azalda bilərsiniz.

 

Qripinin profilaktikası üçün təbii vasitələr

 

Limon

Öz antibakterial xüsusiyyətləri, zəngin C vitamini və ciyəri təbii şəkildə təmizləmək qabiliyyəti ilə tanınan limon virus əleyhinə güclü qoruyucu kimi çıxış edir.

 

Darçın

Tibbdə öz təbii ağrıkəsən xassələrinə görə, ağrıkəsici olaraq istifadə olunan darçın limon kimi zəngin antibakterialdır, həm də bədəni isindirib stimullaşdırıcı effektlə təmin edir. O, qan dövranını yaxşılaşdırır və zəhərli maddələrin orqanizmdən xaric etməyə köməklik göstərir.

 

Zəncəfil

Zəncəfil əsrlərdir ki, boğaz xəstəliyinin müalicəsində istifadə edilir və qripin profilaktikası üçün ən yaxşı vasitələrdən biri sayılır. Suşi həvəskarları isə bilməlidir ki, bu bitki mədə pozğunluqlarını effektli şəkildə aradan qaldırır. İsti çaya və şorbalara əlavə edilmiş zəncəfil daha səmərəlidir.

 

Təmiz bal

Bal şanı pasterizə zamanı məhv olmayan enzimlər, vitaminlər və minerallar saxlanılır. Ona görə də həkimlər qrip mövsümündə viruslardan qorunmaq üçün və ya xəstələrə kiçik porsiyalarla şanlı bal yeməyi tövsiyə edir. Çiy bal güclü antibakterial xüsusiyyətləri ilə soyuqdəyməni dərhal aradan qaldırır.

 

Ekinezya

Ekinezya hinduların qripin profilaktikasında ən çox  istifadə etdiyi vasitədir.  Ekinezya çayı ağ qan hüceyrələrinin infeksiya ilə mübarizə səviyyəsini artırır, beləliklə immuniteti gücləndirib orqanizmi qripdən qoruyur. Ekinezyadan dərman sənayesində də geniş istifadə edilir.

 

Sarımsaq

Amerika həkimlərinin bu yaxınlarda apardığı tədqiqat bir daha göstərib ki, soyuq aylarda bir diş sarımsağın gündəlik istifadəsi virus respiratorlarına tutulmaq riskini xeyli azaldıb. İdeal istifadə qaydası - sarımsağı əzilmiş şəkildə zeytun yağı və limon şirəsinə qataraq içməkdir. Onu yaşıl salata da əlavə etmək olar.

 

Sarıkök

Sarıkök də qrip və soyuqdəymə profilaktikasında istifadə edilən ən səmərəli vasitələrdən biridir. Təbii antiseptik xüsusiyyəti sayəsində bu bitki möcüzələr törədir: qaraciyərin işini yaxşılaşdırır, immun sistemini möhkəmləndirir, orqanizmin ümumi tonusunu qaldırır.

 

Kəndalaş

Cemlərdə və limonadlarda tez-tez istifadə edilən bu şirin giləmeyvə iltihab önləyici və antioksidant xüsusiyyətlərə malikdir. Kəndalaş immuniteti möhkəmləndirir və xəstəliyin müddətini qısaldaraq orqanizmə çox kömək edir. Kəndalaşı kompot və ya sirop formasında istifadə etmək olar.

 

Qırmızı bibər

Bədəni isidən, burun və boğazı yumşaldan bibər tərlədici xüsusiyyəti sayəsində temperaturu təbii şəkildə azaldır və zəhərləri orqanizmdən çıxarır. Yeməklərə bu acı ədviyyatı əlavə etməyi untumayın.

 

Zeytun ağacının yarpaqlarının ekstraktı

Büzüşdürücü və dadlı zeytun yağı onun ağacının yeganə məhsulu deyil. Zeytun ağacının yarpaqları antibakterial xüsusiyyətləri soyuqdəymə ilə mübarizədə kömək edən ideal vasitədir. Bundan əlavə, o profilaktik təsir göstərərək xəstəliyin simptomlarını aradan qaldırır. Boğazı yumşaltmaq üçün suya beş damcı zeytun yarpağının cövhərini əlavə etmək kifayətdir. Effekti asanlaşdıran üçün isti su ilə qarqara edin.

 

 

 

Publika.az //

Sfera.az



OXŞAR XƏBƏRLƏR