Qripə qarşı peyvənd KORONAVİRUSDAN QORUYURMU? - ÜST AÇIQLADI

Qripə qarşı peyvənd KORONAVİRUSDAN QORUYURMU? - ÜST AÇIQLADI
 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qrip əleyhinə peyvəndlərinin koronavirusa təsirini inkar edib.

Sfera.az xəbər verir ki, bu barədə ÜST-nin rəsmi nümayəndəsi Tarik Yazareviç bildirib.

Yazareviç mövsümi qripə qarşı peyvənd edilmiş insanların COVID-19-a daha yaxşı dözdükləri və ya xəstəliyi yüngül keçirməsi barədə yayılan məlumatları təsdiqləməyib.

"Bu xəbərlərin etibarlılığına dair heç bir elmi dəlil yoxdur" , - təşkilat rəsmisi əlavə edib.

Qeyd edək ki, martın 21-də ÜST-ün baş direktoru Tedros Adhan Qebreyesus koronavirusla mübarizə üçün alkoqoldan və siqaretdən imtina etməyi məsləhət görüb. Onun sözlərinə görə, siqaret infeksiyaya yoluxduqda xəstəliyin ağır formasının inkişaf riskini artıra bilər.

Son məlumatlara görə, dünyada 303,8 min insan koronavirusa yoluxub. Cəmi 12 min 973 ölüm hadisəsi qeydə alınıb, 91 min 678 nəfər sağalıb.

Xatırladaq ki, Rusiyanın İnfeksion Kliniki Xəstəxanasının baş həkiminin müavini Natalya Antipyat da bildirmişdi ki, yuxarı tənəffüs yolları tütün tüstüsünün zərərli komponentləri bədənə daxil olan giriş qapısıdır: "Daim siqaret çəkən insanlarda tüstü tənəffüs epitelini zədələyir, bronxlardakı epitelin qoruyucu funksiyası pozulur və beləliklə, immunitet zəifləməyə doğru gedir".

Ekspertin sözlərinə görə, siqaret çəkənlərin koronavirusa tutulma riski daha yüksəkdir. Çünki onlarda artıq tənəffüs sistemi pozğunluqları var, buna görə virusun bədən toxumalarına onlar vasitəsilə nüfuz etməsi daha asandır.

Rusiya Səhiyyə Nazirliyinin baş narkoloqu Yevgeni Bryunsa açıqlamışdı ki, koronavirusla mübarizədə spirtli içki içmək nə xəstəliyə, nə də profilaktikaya kömək edəcək. Hər hansı infeksiya toksikozdur və alkoqol toksikozu artırır, odur ki, vəziyyət daha da pisləşəcək. (publika.az)

OXŞAR XƏBƏRLƏR

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...