Qorxunc mənzərə: Küçədə damarları deşilmiş onlarla sahibsiz it tapıldı - VİDEO

Qorxunc mənzərə: Küçədə damarları deşilmiş onlarla sahibsiz it tapıldı - VİDEO
Türkiyənin paytaxtında qorxunc hadisə qeydə alınıb. Belə ki, Sahibsizlər Fondunun rəhbəri Faruk Açık küçə heyvanlarını bəsləmək Üçün İmrahor vadisinə yollanarkən orada bir it cəsədi aşkarlayıb. Avtomobilindən düşüb irəli getdikdə isə zibil torbalarına doldurulan çox sayda ölü it leşi aşkarlayıb.

Hadisə yerinə dərhal hüquq mühafizəçilər cəlb olunub. Araşdırma zamanı 30-dan artıq itin pəncələrində intraket ilə damar yolu açıldığı müəyyən olunub.

Bu barədə "Haber Global” xəbər yayıb.
 
"Torbalara baxdıqda heyvanlar ayaqlarında bandajlar, damar yolları açıq vəziyyətdə idi. Kim və ya kimlər tərəfindən bura atıldığını bilmirik, ancaq bu heyvanlara zibil kimi davranılmasını və cəmiyyət tərəfindən təcrid olunmasını şiddətlə qınayırıq”, - deyə F.Açıq bildirib.
Təsərrüfat və Meşə Nazirliyinin Yerli Heyvanqoruma İdarəsinin nümayəndəsi Şafak Açıkalın belə hadisələrin ilk dəfə yaşanmadığını bildirib.

"Küçədə həmişə serumlu heyvanlar tapırıq. Bu serum işi nədir? Normal bir vətəndaş, yaxud cani durduğu yerdə "serum taxıb, mən bunu zəhərləyim”, - deməz, birbaşa öldürər. Heç kimi günahlandırmıram, amma mən özüm də serumlu, damar yolu açılmış pərişan vəziyyətdə it tapmışdım. Onu dərhal baytara apardım və o, müalicə olundu”.
 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...