Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender

Qorxmaz Hüseynovdan Elmar Vəliyevə jest: Daha bir tender
"Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə daha bir "jest” edib. Dövlət şirkətinin Yevlaxin su ve kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı elan etdiyi tenderi E.Vəliyevin ailəsinə yaxın olan şirkət "qazanıb”. Tenderə çıxarılan layihənin ümumi dəyəri 30 milyon manata yaxındır.
 
Sfera.az xatırladır ki, E.Vəliyevin ailəsinə məxsus olan "Rusel” şirkəti (VÖEN- 1600133861) bügünlərdə yeni  bir tenderin qalibi olub. "Dövlət Məşğulluq Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən keçirilən tenderdə müsabiqəsinin qalibi "Rusel” şirkəti elan edilib.

"Dövlət Məşğulluq Agentliyi” Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi üçün "Rusel” şirkətindən inzibati bina və emalatxana sahəsini icarəyə götürəcək. İcarəyə götrüləcək sahənin minimum 5000 kv.metr olacağı bildirilir. 120 ay müddətinə icarəyə götürüləcək sahə üçün "Dövlət Məşğulluq Agentliyi” "Rusel” şirkətinə 3 milyon 600 min manat 17 qəpik ödəyəcək.

"Rusel” şirkəti 23.06.1994-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 55 min 324 manat 80 qəpik olan şirkət Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev pr, ev 106B ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Gəncə şəhərinin keçmiş icra başçısının və qardaşı Vəliyev Şahmar Rüstəm oğludur.

Onu da bildirək ki, "Rusel” şirkətinin qanuni təmsilçisi (direktoru) Vəliyev Şahmar Rüstəm oğlu Gəncə şəhər İcra Hakimiyyıtinin sabiq başçısı Elmar Vəliyevin və  Baş prokurorunun müavini, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin qardaşıdır.

Hazırda Şahmar Vəliyev "Rusel” şirkəti ilə eyni ünvanda yerləşən "Azneftemaş" ASC-nin prezidentidir.
 
Vasif
 

OXŞAR XƏBƏRLƏR

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...