Qorbaçov ondan kömək istəyən Yuliyanı niyə rədd edib? – Sonuncu baş katibin ilk sevgilisinə məktubu

Qorbaçov ondan kömək istəyən Yuliyanı niyə rədd edib? – Sonuncu baş katibin ilk sevgilisinə məktubu
Sfera.az Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi (1985-1991), SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun ilk sevgi hekayəsini təqdim edir. Beləliklə...
 
Onlar qonşu kəndlərdə yaşasalar da, eyni orta məktəbdə təhsil alıblar. Aralarında iki yaş fərqi olduğundan ayrı-ayrı siniflərdə oxuyublar. Mixail Qorbaçovla Yuliya Karaqodinanı bir-birlərinə yaxınlaşdıran isə məktəbdəki dram dərnəyi olub. Hər ikisi dərnəyin ən fəal üzvləri sayılıblar. Mixail Qorbaçov ilk sevgisini də məhz bu dərnəkdə tapıb.

Yuliya Karaqodina gələcəkdə SSRİ-nin birinci xanımı statusunu qazanmağa tam şanslı olub. Sonralar özünün etiraf etdiyinə görə, Mixail Qorbaçovla onun arasında əsl məhəbbət yaşanıb. Münasibətlər o qədər ciddiləşib ki, Qorbaçov Yuliya Karaqodinanın valideynləri ilə tanış olmağı, özünü onlara tanıtmağı, təqdim etməyi də planlaşdırıb. Amma Karaqodina gələcəyin baş katibinə bu addımı atmağa icazə verməyib. Səbəb isə yoxsul və zirzəmi şəraitində yaşamaları olub. Yaşam tərzinə görə Qorbaçovlar ailəsi daha yaxşı yaşayıblar, onlar torpaq sahəsinə, normal şəraitli evə sahib olublar. Ata qayğısından uşaq vaxtlarından məhrum olan Yuliya Karaqodina isə tək anasının himayəsində çətinlik və ehtiyac içində böyüyüb.


Orta məktəbi bitirdikdən sonra gənclərin yolları ayrılıb. Karaqodina Moskvada pedaqoji instituta qəbul olunub. Lakin yataqxana ilə təmin olunmadığından o, təhsil almaqdan imtina etmək məcburiyyətində qalıb, kəndə qayıdaraq oxuduğu məktəbdə işləyib. Bundan xəbər tutan Qorbaçov Karaqodinaya qınaq dolu məktub yazıb, onu iradəsizlikdə günahlandırıb:

"...Mən sənin güclü olduğunu bilirdim. Gərək geri çəkilməyəydin. Rektorun qapısında yataydın, yataqxanada yer almaq üçün mübarizə aparaydın. Səni əmin edirəm ki, belə etsəydin istədiyinə nail olacaqdın, ali təhsil ala biləcəkdin. Təəssüf edirəm...”

Növbəti il Yuliya Karaqodina Krasnodarda instituta qəbul olunub. Qorbaçov ona təbrik açıqcası göndərib: "Təbrik edirəm! Nə qədər ki, nəfəs alıram ümid edirəm...”

Karaqodina onun nəyə işarə etdiyini yaxşı anlayıb və açıqcada yazdığını cavabsız qoymayıb: "Nəfəs al, amma ümid etmə...”



Yulia Karaqodina gələcəyin baş katibini ümidsiz qoymasını isə sonralar belə açıqlayıb:

"Aramızda sevgi var idi, bu şübhəsizdir. Dram dərnəyində oynadığım rollardan birində belə bir məqam var idi, mən üzümü tərəf müqabilimə, Qorbaçova tutub söyləyirdim: "Məndən yüz dəfə də sizi sevdiyimi soruşsanız, yüz dəfə də cavab verərəm ki, sevirəm”. Məşq zamanı bu sözləri deyəndən sonra Qorbaçov gəlib qarşımda dayandı, "bu həqiqətdir?” deyə soruşdu. Mənim təbəssümümüm onun sualına cavab idi. Məktəbdən sonra yollarımız ayrıldı. Biz artıq əvvəlki yeniyetmələr deyildik. Onun həyata fərqli baxışları var idi və açığını deyim ki, zaman keçdikcə onun sevgisinə inamım da azalırdı.
 
Qorbaçov məktəbdə oxuyanda aktyor olmaq arzusu ilə yaşayırdı. Düzdür, o, sonralar müsahibələrində hələ məktəb illərindən hüquqşünas olmaq məqsədini qarşısına qoyduğunu söyləyib. Bu etirafında Mixail qeyri-səmimi olub. Mən ilk dəfə onu televizorda görəndə yanımdakılara dedim ki, Mişa heç dəyişməyib, məktəbdə olduğu kimi yenə də artistlik edir...”

Qorbaçov və Karaqodina ayrı-ayrılıqda eyni ildə ailə həyatı qurublar. Qorbaçov Raisa Maksimovna ilə, Karaqodina isə təyyarəçi olan sinif yoldaşı ilə nikaha girib. 1957-ci ildə hər iki cütlüyün qız övladı dünyaya gəlib və hər iki cütlük övladlarına eyni adı - İrina adını veriblər.


Nikaha girdikdən sonra Yuliya həyat yoldaşının soyadını götürüb. Bəlkə də Qorbaçov nə vaxtsa onu Karaqodina soyadı ilə axtarıb, sadəcə ilk sevgisi kimi. Yuliya bu ehtimalın inandırıcı olmadığını da bildirib: "İnanmıram ki, Mixail öz keçmişinə boylanaydı. Onun üçün hələ məktəb illərində karyera hər şeydən üstün idi...”

Yuliya Karaqodinanın şəxsi həyatı uğursuz alınıb. O, bir neçə ildən sonra həyat yoldaşı ilə ayrılıb. Amma təkbaşına qız övladını böyüdən Karaqodina bədbinliyə qapılmayıb. O, vaxt məhdudiyyətinə, maddi sıxıntılara baxmayaraq dissertasiya müdafiə edib, uğurlu müdafiədən sonra Karaqodina Moskva Pedaqoji İnstitutunda anatomiya və fiziologiya kafedrasında işə qəbul edilib.
 
Uşaqlıq illərində zirzəmidə yaşayan yaşayan Yuliya Karaqodinanın Moskvada da mənzil problemi olub. Uzun illər kirayələrdə yaşayıb. Bu problemin həlli üçün çox qapılar döysə də, heç bir nəticə hasil olmayıb.  Nəhayət, hər yerdən əlini üzəndə o, ilk sevgisinə, Mixail Qorbaçova müraciət etməyi qərarlaşdırıb. Həmin vaxt artıq Mixail Qorbaçov Mərkəzi Komitədə katib vəzifəsində işləyib. Karaqodina Qorbaçova yazdığı məktubda mənzil məsələsində ona köməklik etməsini xahiş edib. Qorbaçovun isə cavab məktubu yalnız bir cümlədən ibarət olub: "Mənzil məsələsi mənim fəaliyyət sahəmə daxil deyil...”


Əslində, həqiqətən də mənzil məsələsi Qorbaçovun fəaliyyət sahəsinə daxil olmayıb. Belə ki, o, Mərkəzi Komitənin kənd təssərüfatı üzrə katibi olub. Amma Mərkəzi Komitənin katibi, Kremlin yüksək ranqlı məmuru kimi Qorbaçov üçün ilk sevgisinə mənzil məsələsində kömək etmək olduqca adi bir məsələ olub. Görünür siyasət, karyera, vəzifə hərisliyi Qorbaçova ən kövrək və həssas hissləri də unutdurub.

Amma bəlkələlə dolu bir məsələ də var. Bəlkə də Qorbaçov ilk sevgisindən geri çəkilməsəydi, Raisa Maksimovna ilə ailə həyatı qurmasaydı, SSRİ-nin birinci ledisi onun siyasətinə müdaxilə etməsəydi baş katibin başındakı papağını külək aparmayacaqdı və o, ömrünün son günlərində əllərdə qalmayacaqdı. Və bəlkə də Yuliya Karaqodina birinci ledi statusuna sahib olsaydı SSRİ-nin birinci və sonuncu prezidentinin həyatında fərqli bir iz qoyacaqdı. Hər halda çox vaxt əlçatmaz olan ilk məhəbbət daha səmimi, daha güvənli və daha təsirli olur...

İlham Cəmiloğlu
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR

Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələrinin sədrləri Qarabağa səfər edəcəklər

Bakıda səfərdə olan Türk Dövlətləri Parlamentləri Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclasının iştirakçıları aprelin 26-da Qarabağa səfər edəcəklər....

Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya ÇAĞIRIŞ ETDİ

Baş Prokurorluq sabiq baş pediatr Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media qurumlarına çağırış edib.   Sfera.az-ın ...

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. ...

Bu ölkədə kiberhücumların sayı ARTDI

2023-cü ildə İtaliyada kiberhücumların sayı artıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi hesabat hazırlayıb. &n...

Diloram Favziyeva: "Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var"

Bu gün türk dövlətləri arasında yüksələn sıx münasibətlər var.   Sfera.az xəbər verir ki, bunu Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının B...

ABŞ-də ermənilərə qarşı ETİRAZ AKSİYASI: "Bizə qarşı böhtanı ancaq..."

ABŞ-də türklərlə ermənilər qarşı-qarşıya gəliblər.   Sfera.az Türkiyə mediasına istinadən bildirir ki, paytaxt Vaşinqtonda yaşayan türklər 24 aprel ...