Qonşusunu qayçı ilə öldürdü

Qonşusunu qayçı ilə öldürdü
Dünən Bərdə rayonunda törədilən qətllə bağlı rəsmi açıqlama yayılıb.

Rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, iyunun 28-i saat 01 radələrində Bərdə rayonunda Toğrul Abdullayev qayçı ilə vurularaq öldürülüb.

Zərərçəkmişin həmkəndlisi Rəşad Musayev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı məişət təyinatlı qayçı ilə Toğrul Abdullayevin sol döş qəfəsi nahiyəsinə bir ədəd xəsarət yetirib. Nəticədə o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq davam edir.


OXŞAR XƏBƏRLƏR