“Qonşuluq münasibətlərinə haram qatmaq sonda milli faciə ilə bitir”...

“Qonşuluq münasibətlərinə haram qatmaq sonda milli faciə ilə bitir”...
Seçki istənilən ölkənin ictimai-siyasi həyatında mühüm hadisədir. Ermənistanda, nəhayət, qəbul etməlidirlər ki, hətta bu cür ciddi, ölkədaxili məsələlərində Azərbaycanla hesablaşmaq məcburiyyətində qalıblar. İstər Ermənistan iqtidarı, istərsə də müxalifəti artıq seçicini inandırmaq, onun dəstəyini qazanmaq üçün, yeri gəldi-gəlmədi Azərbaycan faktoruna istinad edirlər: hakimiyyətdə qalmaq istəyənin də məhz bu ada ehtiyacı var, onu hakimiyyətdən salmaq istəyənin də. Ermənistandakı siyasətçilərin seçki ritorikasından az qala  belə nəticə çıxır ki, oradakı hakimiyyət məsələsi ya Azərbaycanda həll olunur, ya da onun həlli ölkəmizin mövqeyindən xeyli dərəcədə asılıdır...

 
Zənnimcə, 44 günlük Vətən müharibəsindəki hərbi məğlubiyyətindən sonra, bu cür ab-hava son 33 ildə Ermənistan ictimai-siyasi mühitinin məruz qaldığı ən ağır mənəvi sarsıntı, düşüncə məğlubiyyəti deməkdir. Ermənistanın düşdüyü bu acınacaqlı durumun əsas səbəbi odur ki, oradakı bütün hakimiyyətlər onilliklər ərzində öz  toplumunu xəstə xəyallar və miflər üzərində "bəsləyib”. Bu hakimiyyətlərin hər biri erməni cəmiyyətinə təlqin edib ki, qonşunun mal-mülkünə, torpağına göz dikməklə, hərbi təcavüz edib onları ələ keçirməklə, tarixi saxtalaşdırmaqla guya  rahat və təminatlı yaşamaq mümkündür. Azərbaycan isə haqq etdiyi tarixi Qələbəsi ilə sübut etdi və hələ də sübut edir ki, bu, əsla belə deyil. Verilən çörəyə xəyanət və qonşuluq münasibətlərinə haram qatmaq sonda milli faciə ilə bitir...

Bəlkə, Ermənistan cəmiyyəti seçki prosesində müşahidə etdiyi iyrəncliklərdən sonra, nəhayət, anlayar ki, daha ağır faciələrdən xilas olmağın  yolu yalnız budur: başqalarına qarşı ərazi iddialarından əl çəkmək, kommunikasiyaların açılmasına təzyiq kimi deyil, uğradıqları iqtisadi tənəzzüldən yeganə çıxış yolu qismində yanaşmaq, 10 noyabr və 11 yanvar üçtərəfli Birgə Bəyanatlara əməl etmək və Azərbaycan daxil, bütün qonşularla dinc birgəyaşayış şəraitində yaşamaq. Əks təqdirdə, Ermənistanda hakimiyyət seçiminin üstünü indiki kimi malalamağa, pərdələməyə də ehtiyac qalmayacaq. Kimsə, yaxud kimlərsə heç gizlətmədən, görüntü də yaratmadan, açıq şəkildə öz protektorunu-prefektini və ya canişinini gətirib Ermənistanda yuxarı başda əyləşdirəcək. Bu, ermənilər üçün daha böyük milli faciə demək olacaq. Seçim özlərinindir. Amma artıq əmin olmalıdırlar ki, Azərbaycana yönəlik istənilən siyasi-hərbi təxribatın qarşısı birmənalı şəkildə qətiyyətlə alınacaq. Artıq əlavə 30 ilə də ehtiyac yoxdur, çünki uydurduqları miflər 44 gün ərzində darmadağın edilib. Yeni miflər uydurmaq və Ermənistan cəmiyyətini bunlara inandırmaq yolunu seçən erməni siyasətçiləri də bilməlidirlər ki, bu, onları da şəxsi mənada siyasi fəlakətə aparır. Nə qədər çətin olsa da, çox inanmaq istərdim ki, ilk növbədə, Ermənistan cəmiyyətinin özü belələrini bağışlamayacaq...

 
Ülvi Quliyev

Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...