Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər...

Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər...
Qonşu Qazaxıstanda un və un məmulatlarının noyabrın əvvəllərindən etibarən kəskin bahalaşması müşahidə olunur.

Virtualaz.org "Azadlıq” radiosunun qazax xidmətinə istinadən xəbər verir ki, hakimiyyət bahalaşmanı bu mövsümdə taxılın bol olmaması, habelə keyfiyyətli taxılın ixraca yönəldilməsi ilə izah edir.

Almata ətrafında yaşayan, ancaq pensiya və həyətyanı təsərrüfatın hesabına dolanan Ömərovlar ailəsi üçün bu bahalaşma həyat şərtlərini daha da çətinləşdirib. Onlar deyirlər ki, bu yaxınlara qədər 50 kiloqramlıq kisəsi 5 min təngəyə satılan birnci sort unu indi 8 minə alırlar. 25 kiloqramlıq un isə 5 min təngəyə qədər bahalaşıb.

"Qışa 9 kisə kartof almışıq. Kartof hazırda ucuzdur, kiloqramı 80 təngədir. Əgər un daha da bahalaşsa çörək əvəzinə kartofla keçinməli olacağıq”,-ev sahibəsi Jamal Ömərov deyir.

Unun kəskin bahalaşması sosial şəbəkələrdə də əsas müzakirə mövzusudur. Janibek Kopsajar adlı istifadəçi yazır ki, ötən ilə nisbətən un iki dəfə bahalaşıb. "Bir kisə un ötən il 4 min təngə idi, indi isə 8 min təngədir. Biz isə hələ də heç bir narazılığımızı ifadə etmədən qışa ehtiyat kimi 2-3 kisə un almağa hazırlaşırıq. Çünki deyilənə görə 12 min təngəyə qədər bahalaşacaq. Maaşlar isə bir təngə də olsun qalxmayıb”,-o bildirir.

Almata bazarlarında və mağazalarında satıcılar da unun bahalaşdığını təsdiqləyir. "Turksib” adlı bazarda un satan Aynasıl adlı satıcı deyir ki, unun bahalaşması onları da çox təəcübləndirib. Çünki adətən ilin bu vaxtlarında un ucuzlaşardı. Satıcı deyir ki, hazırda ən ucuz unun kiloqramı 400 təngədir. Satıcıların çoxu bahalaşmanı şərh etməkdən çəkinir, təzyiqlərdən qorxduqlarını deyirlər.

Almata mağazalarında unla yanaşı çörək də bahalaşıb. Hazırda çörəyin qiyməti 80 təngədir, bir neçə gün əvvəl isə 70-7 təngə idi.

Unun və un məmulatlarının bahalaşa biləcəyi haqda sentyabr ayında kənd təsərrüfatı naziri Saparxan Omarov xəbərdarlıq etmişdi. Nazir deyib ki, bu il məhsul əlverişsiz hava şəraitinə görə az olub, Qazaxıstan ötən ilkinə nisbətən 1.5 milyon ton az buğda yığıb. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, Qazaxıstan Türkiyə, Gürcüstan, İtaliya, İspaniya, Azərbaycan, Əfqanıstan və İrana buğda satır. Bu il Azərbaycana buğda ixracı ötən ilkinə nisbətən 30 faiz artıb. Habelə 2016-cı ildə Çinə 300 min ton taxıl və un satılmışdısa ötən il bu rəqəm iki dəfə çox olub.

Qeyd edək ki, Azərbaycan ərzaq buğdasını əsasən Qazaxıstan və Rusiyadan idxal edir. Bu baxımdan qonşu ölkədəki bahalaşmanın Azərbaycana da müəyyən təsiri ola bilər, əgər Qazaxıstan ixrac buğdasının bir qismini bahalaşmanı dayandırmaq üçün daxili bazara yönəldərsə. Hələlik Azərbaycanda unun və çörəyin qiyməti stabildir, bahalaşma müşahidə edilmir.

OXŞAR XƏBƏRLƏR

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...