Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”un Azərbaycandakı məhsulları - Siyahı

Qondarma rejimi təbliğ edən “Johnson & Johnson”un Azərbaycandakı məhsulları - Siyahı
Mərkəzi ABŞ-da yerləşən "Johnson Johnson” şirkəti rəsmi "Twitter” hesabından dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ qurumunun təbliğini həyata keçirən paylaşım edib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, şirkət paylaşımında separatçı qurumun adını çəkməklə Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmanı ortaya qoyub.

Qeyd etmək lazımdır ki, 1886-cı ildə qurulan "Johnson Johnson” korporasiyası Azərbaycanda da müxtəlif növ gigiyena və sağlamlıq üçün dərman preparatları, həmçinin, məhsullarının satışını həyata keçirir.

Belə ki, "Johnson Johnson LLC” Azərbaycanda aşağıdakı markaların satışını həyata keçirir:

Dəri üçün olan məhsullar - "Le Petit Marseillais”, "Clean Clear”, "Neutrogena Norveç Formulu”, "Johnson’s” məhsulları;

O cümlədən, uşaqlar üçün - "Desitin”, "Johnson's Baby” məhsulları;

Qadın gigiyenası üçün - "Carefree”, O.B. məhsulları;

Ağız boşluğu təmizliyi üçün - "Reach”, "Listerine”, "Metroqil Denta” məhsulları;

Mədə - bağırsaq preparatları – "İmodium”, "Микроклизма Микролакс” məhsulları;

Soyuqdəyməyə və qrip əlehinə - "Geksoral”, "Doktor MOM”, "Rinza”, "Tizin” məhsulları;

Digərləri – "Vizin”, "Nikorette” məhsulları.

Şirkət məhsullarının dünya üzrə mənfi imici formalaşıb. Bir çox xarici mənbələrdə şirkət məhsullarının insan sağlamlığına mənfi təsir göstərdiyi qeyd edilib.

2017-ci ildə şirkətə qarşı daimi müştərisi tərəfindən məhkəmə işi başladılıb. Məhkəmə işi sağlamlığının şirkətin məhsullarına görə pozulduğunu deyən zərərçəkənin xeyrinə yekunlaşıb və məhkəməni açan şəxsə şirkət tərəfindən 110 milyon dollar ödənişin edilməsinə dair qərar qəbul edilib.

Həmçinin, "Johnson Johnson LLC”-nin uşaqlar üçün nəzərdə tutulan məhsullarının xüsusilə təhlükəli olduğu iddia edilir.

OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Baş naziri, eləcə də xarici işlər və xaricdə yaşayan fələstinlilər üzrə naziri Məhəmməd Mus...

Bu xəbər neft və qızılı BAHALAŞDIRDI

ABŞ mediasında İsrailin İrana qarşı hücum təşkil etdiyi barədə xəbərlərin yayılması birjalarda qızıl və neft qiymətlərinə təsir edib.  Sfera.az xatırl...

"Beşiktaş" Qurban Qurbanovla bağlı xəbəri TƏSDİQLƏDİ: "Qəti qərar..."

"Beşiktaş" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlandıqlarına dair xəbərlərə münasibət bildirib.   Sfera.az Qol.az-a is...

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...