Qondarma DQR təmsilçilərinin Yerevana qaçması söhbətə nöqtə qoydu – “Bu məsələ bitdi...”

Qondarma DQR təmsilçilərinin Yerevana qaçması söhbətə nöqtə qoydu – “Bu məsələ bitdi...”

"Bu qüvvələr Dağlıq Qarabağın meşə və dağlıq hissəsində təxribat xarakterli əməllərini davam etdirməyə, müxtəlif terror aktları törətməyə çalışacaqlar”.


Bu sözləri Sfera.az-a açıqlamasında qondarma "DQR” adminstrasiyasının Ermənistana köçməsi fonunda onların savaş bitdikdən sonra regionun təhlükəsizliyinə hansı təhdidlər törədə biləcəyi ehtimalına toxunarkən politoloq Natiq Miri deyib:


"Ermənistanda mərkəzi hakimiyyətlə hesablaşayan real güc formalaşıb. Bu səbəbdən sabah Paşinyan hökuməti kapitulyasiya şərtlərini qəbul etsə belə, həmin qruplaşmalar və onların "mühacir hökuməti” Dağlıq Qarabağın meşə və dağlıq hissələrində təxribat xarakterli əməllərini davam etdirməyə çalışacaqlar. Onlar həmçinin regionda müxtəlif terror aktları törədə də bilərlər. Qondarma rejimin Ermənistanda yerləşməsi fonunda belə bir təhlükə mövcuddur”.


Natiq Miri bildirir ki, qondarma rejimin İrəvana qaçması əslində həmin qondarma qurumun sonu deməkdir:

 

"Görünür, onlar qondarma rejimin bundan sonrakı fəaliyyətinin perspektivini görmədikləri üçün ərazini tərk ediblər. Bu da o anlama gəlir ki, qondarma olsa da "DQR” idarəetmə strukturu, hakimiyyəti deyilən hər hansı bir struktur artıq yoxdur. Bu həm də o anlama gəlir ki, belə bir hakimiyyət yoxdursa, artıq Dağlıq Qarabağa hansısa legitim statusun tələb olunması da absurddur. Çünki artıq məkan, idarəetmə strukturları yoxdursa, tanıma məsələsi də ortadan qalxır. Bu məsələ bitdi”.

 

 

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...