“QOHUMLARLA ÜNSİYYƏTDƏN QAÇIRAM...” – Siyasətçilər karantin rejiminə necə əməl edir?

“QOHUMLARLA ÜNSİYYƏTDƏN QAÇIRAM...” – Siyasətçilər karantin rejiminə necə əməl edir?

"Karantin rejiminə əməl edirəm, amma Milli Məclisin iclasında da iştirak edəcəm”.

 

Sfera.az-a açıqlamasında bu sözləri koronavirus təhlükəsi fonunda tanınmış siyasətçilərin evdə qalaraq karantin rejiminə əməl edib-etmədikləri barədə sualı cavablandırarkən Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının 67 yaşlı sədri Asim Mollazadə deyib: "Karantin rejiminə əməl edirəm, bunu hamıya da tövsiyyə edirəm. Pandemiyaya ciddi yanaşmalıyıq. Ona qarşı ən gözəl mübarizə üsulu verilən tövsiyyələrə riayət etməkdir, karantində olaraq izolyasiya olmalıyıq. Özüm evdən bayıra çıxmıram. Milli Məclisin olacaq növbəti iclasına isə gedəcəyəm. Orada virusdan qorunmaq baxımından ciddi şərait yaradılıb. Yoxlamadan da keçmişəm. Demək istəyirəm ki, kimin yüz faiz qorunmaq qarantiyası yoxdursa, mütləq karantinə riayət edib evdə oturmalıdır”.

 

"Qohumlara belə get-gəl etmirik”

Bunu sayta açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söyləyib: "Evdə qalmaq virusun yayılmasının qarşısını almaq üçün önəmlidir. Bu mənada evdə qalanların psixoloji sarsıntılara məruz qalmamaları üçün mütəmadi olaraq siyasətçilər, sənət adamları, həkimlər televiziya kanalları vasitəsilə xalqla ünsiyyətdə olmalıdır. Bu baxımda da çalışıram ki, həkim kimi üzərimə düşənləri edim. Bütün hallarda mümkün qədər ev şəraitində özümüzü təcrid etmişik. Qohumlara belə get-gəl etmirik, ancaq telefon əlaqəsi saxlayırıq”.

 

"Evdən çölə çıxmıram”

AMİP lideri Etibar Məmmədov da karantin rejimində olduğunu dedi: "Koronavirusla mübarizə tədbirləri çərçivəsində qanun nəyi tələb edirsə, ona da riayət olunmalıdır. Özüm də həmin tələblərə riayət edirəm. Çünki bu tək özüm üçün deyil, həm də ətrafdakıların sağlam qalması üçün vacibdir. Tələblərə riayət olunmalıdır ki, virusun yayılmasının qarşısı alınsın. Çünki, karantinə əməl edilmədikdə virusun qarşısını almaq istiqamətində görülən tədbirlər effektiv olmur. Evdən çölə çıxmıram. Amma bu heç də yaşımın 65 olması ilə bağlı deyil. Bəziləri bunu başqa cür başa düşür. Elə bilirlər ki, 65 yaşdan yuxarı olanlar virusu yayır. Bu yaş qrupu daha həssas təbəqədir, ondan yuxarı yaşı olanların virusa yoluxmaları ağır nəticə verə bilər. Ona görə də onları təcrid etmək baxımından bütün dünyada həmin qadağa tətbiq olunur. Ancaq virus yaşa baxmır, insanların hamısından tələb olunur ki, evdə otursunlar”.

 

"Maskadan çox da istifadə etmirəm”

Bunu isə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyir: "Komissiya tərəfindən hansı tövsiyyələr verilibsə, hamısına riayət edirik. Hələlik xəstəliklə bağlı elə bir problemimiz yoxdur. Özümüz özümüzü qoruyuruq. Partiya üzvlərimizlə ancaq skayp, telefon vasitəsilə əlaqə saxlayırıq. Yəni, həm işimiz gedir, həm də səhhətimizin qorunması ilə məşğuluq.Düzdür, bütün günü evdə də oturmuruq, çölə də çıxırıq. Mağazalara gedirik. Maska da götürmüşəm, ancaq çölə çıxanda maşınla çıxıram. Heç kimlə ünsiyyətdə olmadığıma görə maskadan çox da istifadə etmirəm”.

 

"Düzdür, növbə olur..."

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə indiki şəraitdə evdən ancaq zəruri hallarda çıxır: "Ciddi şəkildə karantin rejiminə riayət edirəm. Koronavirusla bağlı bütün məlumatları oxuyuram. Özümü, ailəmi və ətrafdakıları qorumağa çalışıram. Evdən ancaq zəruri halda, ərzaq almaq, Milli Məclisə və yaxud partiya qərargahına getmək lazım gələndə çıxıram”.


Deputat tibbi maskalardan istifadə edir: "Çölə çıxanda mütləq tibbi maskadan istifadə edirəm. Onu və tibbi spirti hər gün səhər tezdən evimizin yaxınlığındakı aptekdən alıram. Düzdür, növbə olur. Hər adama iki tibbi maska verirlər. Amma günortadan sonra müraciət edəndə maska və spirtin olmadığı üzə çıxır. Bununla belə deyilənə görə yaxın vaxtda tibbi maska istehsal edən müəssisə işə düşəcək. Evimizdə təmizlik hər zaman olub, indi də onu ciddi şəkildə qorumağa çalışırıq. İnanıram ki, dövlətimizin apardığı siyasət problemi qısa zamanda aradan qaldırmağa imkan verəcək”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...

Çindən Bakıya uçan təyyarə reysi TƏXİRƏ salındı - 50 azərbaycanlı aeroportda QALDI – VİDEO 

Çindən Bakıya uçan təyyarə reysi təxirə salınıb. Nəticədə 50-dən çox azərbaycanlı sərnişin Çinin Quancou şəhərindəki Bayun hava limanında qalmalı olublar. ...

“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

Dünyanın aparıcı maliyyə jurnallarından biri olan “Global Finance” 2024-cü il İnnovasiya mükafatları çərçivəsində Kapital Bank-ın süni intellekt inn...

"Barça" doğma meydana qayıdır, amma... - QƏRAR

"Barselona" "Kamp Nou"ya qayıdır.   Sfera.az bildirir ki, artıq İspaniya klubunun Direktorlar şurası bu barədə qərar qəbul edib....