Qobustan Gənclər Evinə yeni direktor təyin olundu

Qobustan Gənclər Evinə yeni direktor təyin olundu

Azərbaycan Respublikası Gənclər və İdman Naziri Azad Rəhimovun müvafiq əmri ilə İrzaquluyev Anar Əhəd oğlu Qobustan Gənclər Evinin direktoru təyin olunub.


Anar İrzaquluyev 2016-cı ilin oktybr ayından bu təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətində baş əmək müfəttişi vəzifəsində çalışıb.

 

A.İrzaquluyev 1989-cu il 14 sentyabrda Bakıda anadan olub. 1996-2007-ci illərdə Nəsimi rayonu 42 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini 2007-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində alıb.



A.İrzaquluyev həm ictimai fəaliyyətə, həm də ilk əmək fəaliyyətinə təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olaraq başlayıb. Universitet illərində "İRƏLİ” İctimai Birliyində aktiv fəaliyyət göstərib, YAP Gənclər Birliyinin müxtəlif layihələrində çalışıb, daha sonra Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının qurulması prosesində yaxından iştirak edib və ittifaq yarandıqdan sonra iqtisadiyyat departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

 

2011-2012-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin nəznində Milli Qvardiya sıralarında hərbi xidmətdə olub. 2013-2015-ci illərə "Transservis” MMC’də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis olaraq Bakı və İstabul şəhərlərində çalışıb. A.İrzaquluyev yüzdən çox sosial layihə və kampaniyada iştirakçı, təlimçi və təşkilatçı kimi təmsil olunub. Əməyin mühafizəsi, əməyin təhlükəsizliyi, əmək şəraiti və digər mövzularda keçirilən elmi konfrans və seminarlarda məruzəçi kimi çıxış edib. Yeni Azərbaycan Partiyasının üzvüdür, 2019-cu ilin may ayından etibarən Binəqədi rayonu ilk ərazi təşkilatına rəhbərlik edir.

 

Ailəlidir, 1 övladı var.

 

Qeyd edək ki, Qobustan Gənclər Evinin ümumi sahəsi 1102 kv metrdir və 1 may 2013-cü ildən fəaliyyət göstərir. Bu sosial xidmət müəssəsi Qobustanda olan 13 min 300 gənclə vətənpərvərlik tərbiyəsi, sağlam həyat tərzinin təbliği, ictimai həyatda iştirak, məşğulluq, asudə vaxtın səmərəli təşkili və yaradıcılıq istiqamətləri üzrə iş aparır. Qobustan Gənclər Evində internet kafe, atıcılıq klubu, 3D kino zalı, rəsm, rəqs studiyaları və kompyuter kursu mövcuddur.

 

5 avqust 2020-ci il tarixində Anar İrzaquluyev Qobustan Gənclər Evi kollektivinə təqdim edilib və vəzifə səlahiyyətlərinin icrasına başlayıb.


OXŞAR XƏBƏRLƏR

Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı TAPŞIRIQ VERDİ

Müdafiə naziri Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib.   Sfera.az-ın məlumatı...

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...