“Qlobal pandemiya ilə mübarizədə İlham Əliyevin böyük rolu var” – Ramin Əhmədov

“Qlobal pandemiya ilə mübarizədə İlham Əliyevin böyük rolu var” – Ramin Əhmədov
Xəbər verildiyi kimi, mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə "COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. "COVID-19” virusu yayılmağa başlayandan sonra artıq ikinci dəfədir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə videokonfrans formatında Zirvə görüşü təşkil olunur. İlk belə videokonfrans aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının rəhbərlərinin iştirakı ilə keçirilmişdi. Bu online müzakirənin də əsas mövzusu yeni növ koronavirus idi.

Bu tip videokonfransların ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsirindən danışan Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov Missiya.Az-a açıqlamasında bildirib ki, Azərbaycan ölkə daxilində koronavirusla inamlı mübarizə aparmaqla bərabər, beynəlxalq nüfuzunu da artırmaqda davam edir: "Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan hər iki videokonfrans Azərbaycanın və onun rəhbərinin dünyadakı nüfuzunun bariz nümunəsidir. Prezidentin irəli sürdüyü bu tip təşəbbüslər dünyada Azərbaycan xalqı və dövləti barədə müsbət imic yaradır. Çünki dünya hazırda "COVID -19” xaosunun içindədir. Hər bir dövlət öz daxili imkanları hesabına pandemiya ilə mübarizə aparmağa çalışır. Azərbaycan isə dünyaya, bu bəlaya qalib gəlməyin tək yolunun birləşmək, birlikdə mübarizə aparmaq olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilmiş sözügedən konfranslar yeni növ koronavirusla mübarizədə atılacaq addımların müzakirəsi, optimal variantların müəyyən edilməsi və paralel olaraq iqtisadi əlaqələrin tənzimlənməsi xüsusunda geniş imkanlar yaradır. İlham Əliyev dünyaya nümayiş etdirir ki, pandemiyaya yalnız birləşməklə, qlobal əməkdaşlığa səy göstərməklə qalib gəlmək olar”. 

b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_dfsdfsddsdassadasd.jpg

YAP rəsmisi "COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransın əhəmiyyətindən danışarkən qeyd edib ki, Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər arasında körpü yaradır, ölkələri beynəlxalq birliyə səsləyir: "Xüsusilə qeyd etmək lazımdır ki, Qoşulmama Hərakatına 120 ölkə daxildir və bu, dünyanın təqribən üçdə iki hissəsi deməkdir. Yəni Azərbaycan prezidentinin təşəbbüsü ilə dünyanın üçdə iki hissəsi pandemiyaya qarşı birlik, həmrəylik nümayiş etdirir, bəyanatlar qəbul edir. Həmçinin Qoşulmama Hərakatının tarixində ilk dəfə Avropa İttifaqı rəsmisi bu təşkilatın zirvə toplantısında iştirak etdi və nitq söylədi. Bu məqam Azərbaycan prezidentinin həm regionda, həm Şərqdə, həm də Avropadakı nüfuzunun bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, Azərbaycan prezidentinin səyləri və müdrik idarəçilik taktikası nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq arenada nüfuzunu artırır, qlobal əməkdaşlıq platformasına çevrilir”. 

R.Əhmədov sonda vurğulayıb ki, İlham Əliyevin qətiyyəti, sülhpərvər təşəbbüsləri və pandemiya şəraitində atdığı bütün addımlar Azərbaycan əhalisi tərəfindən yüksək qiymətləndirilir.

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Sfera.az xəbər ve...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...