Qızlar parkda saçyolduya çıxdılar - VİDEO
16:07 / 09.07.2019
3203
Ötən gün Bakının Nərimanov rayonunda qızlar əlbəyaxa dava ediblər.
Sfera.az xəbər verir ki, bu barədəhadisə şahidləri baku.ws-in "qaynar xətti”nə məlumat veriblər. Verilən məlumata görə, Nərimanov metrostansiyası yaxınlığındakı parkda 4 qız dava salıblar.
Qızlar bir-birinin saçını yolublar vəsöyüş söyüblər.
Əraziyə polis bölmələrinin qüvvələri çağırılıb. Polislər çox çətinliklə də olsa qızları ayırmağa nail olublar.
2 qız polislərin əlindən qaçaraq ərazini tərk edib.
Hadisənin görüntülərini təqdim edirik.
Qeyd edək ki, təqdim etdiyimiz videoda qızlar xoşagəlməz ifadələr işlədirlər.