"Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur” - İntihar edən 17 yaşlı qızın atası

 

Zaqatala rayon Əliabad qəsəbəsində 17 yaşlı qızın ailəsi tərəfindən zorla evləndirildiyi üçün intihar etməsi ilə bağlı yayılan xəbər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddiaya görə, qəsəbə sakini Gülər İsmayılova təhsil almaq istəsə də, ailəsi onu sevmədiyi şəxsə ərə vermək istəyib. 

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Gülər bazar günü evin həyətində özünü asıb, bu gün 3 mərasimi keçirilir.

Mərhumun atası Vüqar İsmayılov Rusiyada yaşadığını və hadisədən dərhal sonra Azərbaycana gəldiyini deyib:

"Nişan üçün gəlməmişəm, elə bir plan olmayıb. Qızımın intihar səbəbini bilmirəm. Hər kəs ağlına gələni yazır. Qızımızı kiməsə verməyimizin başqalarına dəxli yoxdur”.

Ailə tanışlarının sözlərinə görə, nişan olmasa da, ailələr arasında elçilik olub. Qıza elçi düşən şəxs isə ondan 13-14 yaş böyük Renad İsayevdir. 

Bildirilib ki, Gülərgil ailədə iki uşaq olub və ondan bir yaş böyük bacısı da var. 

Gülərin təhsil aldığı Əliabad qəsəbə 1 №-li tam orta məktəbin direktoru İradə İbrahimxəlilova bildirib ki, mərhum əlaçı olmasa da, məktəbdə yaxşı oxuyub:

"Məktəb tədbirlərində aktivliyi, tərbiyəsi ilə seçilən şagirdlərdən olub. Ancaq məktəbi bu il bitirsə də, təhsilini davam etdirmək üçün hər hansı bir məktəbə sənədlərini təqdim etməyib".

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...