​Qızılın qiyməti 7 həftəlik minimuma enib - YENİLƏNİB

​Qızılın qiyməti 7 həftəlik minimuma enib - YENİLƏNİB

17:06

Dünya bazarında qızılın qiyməti son 7 həftənin minimal səviyyəsinə - 1 217,50 dollar/unsiyaya enib. 

Report xəbər verir ki, qızılın qiymətinin enməsinə əsas səbəb ABŞ-da açıqlanan yeni inşa olunan evlərin satış həcminin kəskin artması amili olub. ABŞ-da açıqlanan iqtisadi göstəricilərin müsbət tendensiyası investorlarda Federal Ehtiyat Sisteminin (FES) iyun və ya iyul iclasında uçot dərəcəsini artırması ehtimallarını gücləndirib. Bu da heç bir gəlir gətirməyən alternativ yatırım aləti olan qızıl aktivlərindən çıxışı sürətləndirib.

"Hər şey FES-in iyun ayında faiz artırmasına bağlıdır", - deyə "Mitsubishi Bank"ın analitiki Conatan Batler bildirib. Keçən həftə açıqlanan FES protokollarına görə, iyunda artım ehtimalları yüksəlib: "Bu, təbii ki, qızıl üçün yaxşı deyil. Çünki dollar yüksəlib, ABŞ-ın 2 illik və 10 illik istiqrazlarının gəlirliyi artıb. Buna baxmayaraq, hazırda qızıl ilin əvvəlindəki qiymətindən 15% yüksək satılır".

"Societe General"dan Robin Bar isə qeyd edib ki, investorlar qlobal iqtisadi qeyri-müəyyənliyə görə qızıl aktivində son 5 ilin ən maksimal uzun mövqeyindədirlər. Lakin son vaxtlar onların öz mövqelərini bağlamağa başladıqları müşahidə edilir - bazarda qızıldan əldə edilmiş gəlirlərin fiksasiyası baş verir. Qeyd edək ki, ABŞ-ın törəmə maliyyə aktivləri üzrə nəhəng şirkətlərindən biri olan "CME Group" FES-in uçot dərəcəsini iyulda artırması ilə bağlı gözləntilərini 60%-ə, iyun üçün isə 38%-ə yüksəldib.

"Report"un analitik qrupu qızılın unsiyasının 1 250 dollara qədər yüksəldikdən sonra 1 150 dollara qədər enəcəyini proqnozlaşdırır. Uzun müddətdə isə qızılın 900 dollar/unsiyaya qədər enməsi ehtimalı qüvvədə qalır.

-----------

09:38

Amerika fond bazarında Dow Jones indeksi 0,82% - 17 851,51 bəndədək, S&P 500 0,70% - 2 090,54 bəndədək, NASDAQ 0,70% - 4 894,89 bəndədək artıb.

Sfera.az APA-ya istinadən bildirir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,70% - 6 262,85 bəndədək, Almaniya DAX-ı 1,47% - 10 205,21 bəndədək, Fransa CAC-40-ı 1,13% - 4 481,64 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 6,00 dollar bahalaşaraq 1 229,80 dollara, gümüş isə 0,18 dollar artaraq 16,45 dollara satılıb.



OXŞAR XƏBƏRLƏR

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...