Qızıl ucuzlaşmağa davam edir – Əsas səbəblər
Sfera.az xatırladır ki, 2021-ci ilin yanvarın 5-də troyan unsiyasının (31,1 dollar) dəyəri 1950 dollara yüksələn qızılın qiyməti hazırda 1695 dollardır. Ötən müddətdə qızılın qiyməti 11 faizə yaxın enib.
Qızılın ucuzlaşmasına 2 əsas səbəb təsir göstərir. Birinci səbəb qlobal iqtisadiyyatla bağlı ümidsizliyin tədricən aradan qalxmasıdır. Adətən qlobal iqtisadiyyatda gərginlik, böhran yaşandıqda etibarlı sərmayə vasitəsi kimi qızıla tələb artır. 2020-ci ildə pandemiyanın yaranması və onun qlobal iqtisadiyyatda böhrana səbəb olması qızıl alışını artırıb.
Qızılın qiymətinə təsir göstərən ikinci səbəb dolların bahalaşmasıdır. Dollar bahalaşanda qızıl ucuzlaşır. Son bir ayda qızılın dəyərində artım əlamətləri görünür. Hazırda dollar indeksi 92 səviyyəsinə çatıb ki, bu da 2,5 faiz artım deməkdir.
Vasif
Sfera.az