Qızıl medalçımız: Döyüşdən öncə prezident gəldi və...

Qızıl medalçımız: Döyüşdən öncə prezident gəldi və...

“Həyatımda bu qədər sevinməmişdim”.

Qələbə qazandığım üçün çox sevinirəm. Prezidentin məni alqışlamasından böyük uğur varmı?

Sfera.az xəbər verir ki, bunu anspress-ə açıqlamasında dünən qızıl medal qazanan taekvondoçumuz Ayxan Tağızadə deyib.

Qızıl medalçımız həyatında heç bu qədər sevinmədiyini söyləyib.

Ayxan yarışlardan sonrakı təəssüratlarını bölüşüb:

“Mən döyüşlərə televizorda baxırdım. Gördüm ki, mənim döyüşümdən öncə prezident gəldi. Artıq həyəcanlanmağa başladım. Bizim federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də gəlib dedi ki, var gücünlə döyüş prezident İlham Əliyev sənin döyüşünə baxmağa gəlib.

Düzdü, rəqibim güclü idi, bunu da görüşdə özünüz də görmüş olarsınız, amma mən qələbə qazandım. Çox sevincliyəm. Həyatımda bu qədər sevinməmişdim.

Ən çətin görüşüm elə finalda oldu. Şükür ki, bu yarışda qarşıma qoyduğum hədəfə nail oldum. Müəllimin bütün tapşırıqlarına əməl edərək birinci oldum”, - deyə taekvondoçumuz əlavə edib.

Qeyd edək ki, Ayxan Tağızadə polşalı Karol Robakla final görüşündə rəqibini 10-9 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.


OXŞAR XƏBƏRLƏR

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...