\"Qiyamətin xəbərçisi\" əməliyyatı başladı
15:34 / 15.10.2016
1159
Azad Suriya Ordusu (ASO) Türkiyə Silahlı Qüvvələrinın dəstəyi ilə İŞİD-ə qarşı növbəti əməliyyata başlayıb.
Sfera.az APA-a istinadən xəbər verir ki, ASO İŞİD terrorçularının nəzarətində olan Dabıq qəsəbəsinə hücuma keçib.
Qeyd edək ki, Suriyanın şimal qərbində yerləşən və Hələb vilayəti ilə qonşu olan qəsəbə 2014-cü ilin avqust ayında İŞİD-in nəzarətinə keçib.
Strateji əhəmiyyəti olmayan Dabıq kəndi İŞİD üçün xüsusi önəm daşıyır. İŞİD Dabığın kafirlərlə inananlar arasında yaşanacaq və qiyamətin xəbərçisi olacaq döyüşün baş verəcəyi yer olduğuna inanır. İŞİD-in internetdəki jurnalı da "Dabıq" adıyla yayımlanır.