Qiyamət yaxınlaşır: Salamat qalacaq 5 ölkə - Qorxunc araşdırma

Qiyamət yaxınlaşır: Salamat qalacaq 5 ölkə - Qorxunc araşdırma
Elm adamları əhalinin sayının artması və enerjiyə əsaslanan qlobal iqtisadiyyatın zərərləri səbəbindən dünyanın sonunun yaxınlaşdığını göstərən yeni araşdırma yayıblar.

Sfera.az teleqraf.com-a istinadən xəbər verir ki, şiddətli maliyyə böhranı, qlobal istiləşmə, təbiətin məhv edilməsi və COVID-19 kimi pandemiyaların bəşər sivilizasiyasının dağılmasına səbəb ola biləcəyi bildirilib.

Elm adamları dünyanın qlobal çöküşü durumunda ən təhlükəsiz ölkələri müəyyən ediblər. Bu ölkələrə Yeni Zelandiya, İslandiya, Böyük Britaniya, İrlandiya və Avstraliyanın Tasmaniya bölgəsi daxildir. Yeni Zelandiya geotermal və su elektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığına görə bu siyahıda birinci yeri tutur.

Tədqiqatçılar kompleks şəbəkələrdə bir-birinə bağlı olan enerji əsaslı qlobal iqtisadiyyatın yaratdığı ekoloji ziyan səbəbiylə bəşəri sivilizasiyasının təhlükəli vəziyyətdə olduğunu bildiriblər. Mütəxəssislərin dediyinə görə, ciddi maliyyə böhranı, qlobal istiləşmə, təbiətin məhv olması, COVID-19-dan da pis pandemiyalar qlobal çöküşlə nəticələnə bilər.

Hansı ölkələrin belə bir çöküşə qarşı daha dayanıqlı olacağını qiymətləndirmək üçün ölkələr əhalisi üçün qida tədarük etmək, sərhədlərini istənilməyən kütləvi köçdən, elektrik şəbəkələrindən və bəzi istehsal imkanlarından qorumaq qabiliyyətlərinə görə sıralanıb. İlk sırada mülayim bölgələrdəki və əsasən əhali sıxlığının aşağı olduğu adalar gəlir.

İqtisadi səmərəliliyi qiymətləndirən mütəxəssislər qloballaşmanın dayanıqlılığı pozduğunu qida və digər həyati əhəmiyyətli sektorlarda potensial ehtiyatın tapılmalı olduğunu söyləyiblər.

"Sustainability" jurnalında nəşr olunan araşdırmada milyarderlərin apokalipsisə hazırlaşmaq üçün Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları iddia edilib.

Araşdırmada iştirak edən ingilis professor Aled Cons qeyd edib ki, ekologiyanın məhv olması, məhdud resurslar və əhali sayının artması səbəbindən dünyanın gələcəyi böyük təhlükə altındadır:

"Son illərdə qlobal səviyyədə böyük qida itkiləri, maliyyə böhranı və pandemiya ardıcıl olaraq baş verdi. Şanslıyıq ki, eyni vaxtda olmadı. Amma bunların hamısının eyni anda baş verməməsinin real səbəbi yoxdur".
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Yalan danışan adamlarda bu xəstəlik yaranırmış — ŞOK FAKT

Bəzi insanlar var ki, yerli-yersiz yalanlar söyləyirlər. Hətta bunu gündəlik hala çevirirlər. Hər kəs bu insanları yalançı, fırıldaqçı kimi tanıyır. Bu və...

Koronavirusa qarşı peyvəndin əlavə faydası da varmış?!

ABŞ tədqiqatçıları koronavirusa qarşı peyvənd edilən insanların gələcəkdə daha az stress yaşadıqlarını və onların psixi vəziyyətlərinin yaxşılaşdığını iddia edi...

İranlı turistlərin şəhərdə biabırçı görüntüləri yayıldı - VİDEO

Evlənmək istəyən iki iranlı cütlük Taksim Meydanında hamının gözü qarşısında paltarlarını dəyişməklə təəccüb doğurublar. Sfera.az haberler.com-a istinadən...

Dünyanın ən varlı 25 ailəsinin - Siyahısı

2021-ci il üçün dünyanın ən varlı ailələrinin adı və sərvətləri açıqlanıb. Sfera.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb. 1....

Sergey Lavrov başını dirəyə çırpdı - VİDEO

Rusiya XİN-in rəhbəri Sergey Lavrov seçki məntəqəsində çətin anlar yaşayıb. Sfera.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyada Dumaya keçirilən ...

İt onu ələ salan sahibini belə peşman etdi - VİDEO

İt onu ələ salan sahibini peşman edib.   Sosial şəbəkələrdə yayılan video maraq doğurub. Sfera.az həmin görüntüləri təqdim edir:   ...