Qışda təmir: Bir neçə rayonda qaz olmayacaq

Qışda təmir: Bir neçə rayonda qaz olmayacaq

Sabah saat 09:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Sabirabad", "İmişli", "Axundov", "Saatlı", "Qaracalar", "Otuzikilər" və "Əlillər" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Sfera.az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.


OXŞAR XƏBƏRLƏR