No Image
No Image

Qışda bu meyvələri yeməlisiniz

Qışda bu meyvələri yeməlisiniz
Qış fəslində müəyyən xəstəliklərdən qorunmaq üçün təkcə isti geyinmək kifayət deyil, meyvə qəbulu da əhəmiyyətlidir.

Sfera.az xəbər verir ki, heyva sağlam immunitet sistemi üçün vacib olan C vitamini və lif ehtiva edir. Həm də heyva antibakterial xüsusiyyətlərə malikdir.

Xurma C vitamini sayəsində iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Xurmanın tərkibində həmçinin xolesterol səviyyəsini azaltmağa kömək edən antioksidanlar var.

Nar planetimizin ən gözəl meyvələrindən biri hesab olunur. Meyvə ürək, xərçəng və artrit daxil olmaqla geniş bir sıra xəstəlik riskini azaltmağa kömək edən qida və güclü bitki birləşmələri ilə zəngindir.

Mərcanı əsasən karbohidrat və lifdən ibarətdir. Tərkibində mis, C, E və K1 vitaminləri mövcuddur. Eyni zamanda, bu meyvənin suyu qan təzyiqinin qorunmasına və qanda xolesterol səviyyəsinin aşağı düşməsinə kömək edir.

Sitrus meyvələri də xolesterolu və qan təzyiqini azaltmağa kömək edir. Bir portağalda yetkin insan üçün lazım olan gündəlik C vitamini var. Kividə C, K, E vitaminləri, folat və kalium mövcuddur. Kivi həm də antioksidan və lif baxımından zəngindir.

Alma daha çox karbohidrat və sudan ibarətdir. Bu meyvə eyni zamanda qan şəkərini azaltmağa kömək edən və bağırsaq sağlamlığını inkişaf etdirən yaxşı bir lif mənbəyidir.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Vaksin vurduranlar da virusa yoluxacaq” – Həkimdən vaksin açıqlaması

"Suallar var ki, virusu keçirənlər də vaksin vurdurmalıdırmı? Qısa cavab istəyirsinizsə, bəli. Çünki ayrı-ayrı fərdlərdə qazanılmış təbii immunitetin kifayət də...

Spirtli içkinin vaksinin effektivliyinə təsiri varmı? - VİDEO

Koronavirusa qarşı peyvənddən bir müddət əvvəl və sonra alkoqol qəbulu ciddi fəsadlara yol aça bilər. Məlum olub ki, vaksinasiyadan sonra spirtli içkilərdən ist...

Peyvənd olunanların vəziyyəti necədir?

"Yanvarın 18-dən başlayan vaksinasiya prosesi Azərbaycanın bütün regionlarında keçirilir”. Sfera.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdar...

Azərbaycanda bəzi xəstəliklərin tam ləğv edilməsinə nail olunub

Ötən il Azərbaycanda bir sıra xəstəliklərin sayında azalma müşahidə olunub. Bu barədə Sfera.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. ...

COVİD-19-un yeni mutasiyalarıyla bağlı son durum necədir? - ÜST AÇIQLADI

Koronavirusun Britaniya ştammı artıq 60 ölkə və ərazidə aşkar edilib. Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik hesabatında...

"Bu şəxslərin peyvənd olunmasına gərək yoxdur" - HƏKİMDƏN AÇIQLAMA

"Qaydasında istifadə olunsa düşünürəm ki, peyvəndlərin effektivliyi yüksək olacaq. Koronavirus infeksiyasını idarə olunan bir səviyyəyə gətirib çatdırmağa imkan...