Qış parkında biabırçılıq - Parkın mühafizəsi hara baxır? – FOTO
19:37 / 14.07.2021
886
Qış parkında günün günorta çağı iki gənc açıq şəkildə parkın ortasında intim əlaqədə olub.
Maraqlısı odur ki, hər gün bağın içində gəzən Qış Parkının mühafizəçiləri isə gözə dəyməyib. Kameraların da olduğunu nəzərə alsaq, mühafizəçilərin hadisə yerinə gəlib çıxmaması çox təəcüblüdür.
Bu müddətcə əxlaqi qaydaları pozan bu iki nəfərə heç kim yaxınlaşmayıb. Onlar öz əxlaqsız əməllərini hamının gözü qarşısında davam ediblər. Sonra isə heç nə olmamış kimi hadisə yerini tərk ediblər.
Hadisə şahidlər tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.
Videogörüntü əxlaq normalarına zidd olduğu üçün yayımlamırıq. // Bizim.Media