Qış aylarında koronavirusa yoluxma artacaq? – İnfeksionistdən açıqlama

Qış aylarında koronavirusa yoluxma artacaq? – İnfeksionistdən açıqlama
Qış fəslinin yaxınlaşması ilə əlaqədar infeksion xəstəliklərdə, o cümlədən koronavirusa yoluxmada  artımın olacağı bildirilir.

Buna müxtəlif səbəblər göstərilsə də, havaların soyumasının yoluxma dinamikası və ağırlaşmaların olmasına daha çox təsir etdiyi göstərilir.

Maraqlıdır, qış aylarında koronavirusa yoluxmada artım mümkündürmü? Yoluxma sayının artım dinamikası nəyə əsaslanır?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan həkim-infeksionist Fərrux Sədirov qış fəslində koronavirusa yoluxmanın artmasının xüsusi səbəbləri olduğunu bildirib:

"Bəzən yanlış olaraq fikirlər səsləndirilir ki, havaların soyuması ilə əlaqədar kəskin respirator xəstəliklər artır. Lakin bunun əsas səbəblərindən biri havaların soyuması deyil. Bilirik ki, Ərəbistanda hava ümumiyyətlə soyuq olmur, lakin orada da pandemiya var. Yəni koronavirusa yoluxma isti ölkələrdə də olur və virus tempraturdan asılı deyil. Sadəcə olaraq, qış ayları ərzində havalanmanın azalması, insanların bir məkanda sıx toplanmması ilə əlaqədar yoluxmaların sayında artım olur. Koronavirus olmadığı dövrlərdə də qış fəslində hər zaman qrip və digər infeksion xəstəliklərdə artım görülürdü”.

İnfeksionist koronavirusun ştammlarına yoluxmadan da bəhs edib:

"Pasientlərimizin "Delta", yaxud "Alfa" ştammına yoluxmasını biz bilmirik. Yəni bunun üçün xəstənin nəticələri xüsusi labarotoriyalarda tədqiq edilə bilər. Buna görə də kütləvi şəkildə xəstələrin hansı ştamma yoluxduğunu müəyyən etmək olmur.  Bu, yalnız eksperimental halda ola bilər. Müalicə proseduru spesifik olmadığına görə bütün müalicələr dəstək xarakterli olur. Buna görə də ştammından asılı olmayaraq xəstələrə dəstək müalicəsi verilir.
Hazırda xəstəliyin kliniki gedişatı və yoluxma dinamikası yay fəslində olduğu kimi davam edir”.
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR