Qırmızı vərəqə alan futbolçu hakimi güllələdi

Qırmızı vərəqə alan futbolçu hakimi güllələdi
Futbol meydanında qətl hadisəsi baş verib. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, Argentinada yaşanan bu hadisənin qurbanı hakim olub.
 
Belə ki, Kordova şəhərində keçirilən aşağı liqa oyununun hakimi Sezar Flores komandalarından birinin futbolçusuna qırmızı vərəqə göstərib. Adı açıqlanmayan 25 yaşlı həmin oyunçu meydanı tərk etsə də, az sonra odlu silahla geri qayıdıb və hakimə 3 dəfə atəş açıb.
 
Aldığı güllə yaralarından 48 yaşlı Flores yerindəcə keçinib. Hirsi soyumayan silahlı futbolçu rəqib komandadakı həmkarı Valter Sarateyə də atəş açıb. Yaralanan Saratenin isə həyati təhlükəsinin olmadığı bildirilir.
 
Qətl törədən oyunçu hadisə yerindən qaça bilib. Argentina polisi onunla bağlı axtarış elan edib.
 
Cinayətlə bağlı açıqlama verən ölkə polisi hadisəni araşdırmaya başladıqlarını bildirib: "Qətl hadisəsi oyun zamanı baş verib. Futbolçular və hakim arasında konkret nəyin baş verdiyini, hadisənin nədən qaynaqlandığı hələ dəqiq bilmirik. Bununla bağlı araşdırma gedir. Ancaq futbolçunun çox əsəbi olduğu və meydana silahla qayıdıb, hakimi vurması artıq təsdiq olunub”. 

OXŞAR XƏBƏRLƏR