Qırmızı siyahı YENİLƏNDİ - Bu tarixdə pinqvinlərin nəsli kəsiləcək

Qırmızı siyahı YENİLƏNDİ - Bu tarixdə pinqvinlərin nəsli kəsiləcək
Nəsli kəsilməkdə olan növlərin qorunması mövzusunda keçirilən qlobal konfransda açıqlanmış yeni qırmızı siyahıya əsasən dünyada köpək balığı və "Dəniz şeytanı” adı verilən vatoz balığı yox olmaq təhlükəsi ilə üz-üzədir.
 
Sfera.az xəbər verir ki, Beynəlxalq Təbiəti Qoruma Birliyi hazırda dünyadakı köpəkbalığı və vatoz balıqlarının təxminən 37 faizinin yox olmaq ərəfəsində olduğunu bildirib.

Bu növlərin nəslinin kəsilmə riskinin artması balıq ovunun çoxalması və iqlim dəyişikliyi ilə izah olunur. 

Bildirilir ki, okeandakı köpəkbalığı sayı 1970-ci ildən bəri 71 faiz azalıb. Komodo varanı isə xüsusən də, dəniz səviyyəsinin yüksəlməsi və İndoneziyada temperaturun artması səbəbilə nəsli kəsilməkdə olan növlərdən biri olaraq siyahıya alınıb.

Eboni ağacı və gül ağacları da intensiv ağac kəsimlərinə görə bu il ilk dəfə siyahıdakı nəsli kəsilməkdə olan ağaclar kateqoriyasına daxil edilib.
Beynəlxalq Təbiəti Qoruma Birliyinin (IUCN) açıqlamasına görə, balıqçılıq vətəgələri bir çox tuna balığı növünün artmasına şərait yaradıb.

Dünyadakı bütün yırtıcı növlərin yarıdan çoxu azalır və 18 növ ciddi şəkildə nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qalıb. Buzların əriməsinin 2050-ci ilədək pinqvin koloniyalarının 70 faizini, 2100-cü ilə qədər isə 98 faizini təhlükəyə atacağı ehtimal edilir.

Əzizə 
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...