“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir - cəmi 4 saata çatacaqsız

“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir - cəmi 4 saata çatacaqsız
Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü” məntəqəsindən başlayaraq Gürcüstandan keçməklə Türkiyə ilə sərhəddəki "Sarpi” sərhəd keçid məntəqəsinə qədər olan avtomobil magistralının 200 kilometri artıq inşa olunub. Qalan 230 kilometr hissədə tikinti işləri davam edir.

Sfera.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karselidze departamentin bu gün keçirilən hesabat yığıncağında məlumat verib.

O deyib ki, hazırda Şərq-Qərb avtomobil yolunun əsas tərkib hissəsini təşkil edən bu magistralda tikinti işləri qrafik üzrə davam edir.

Onun sözlərinə görə, hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalaraq 430 kilometr olacaq. Hazırda bu yolun qət olunmasına sərf olunan 8 saat, gələcəkdə iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq.

Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub. 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda koronavirusun ikinci dalğasının başlayacağı vaxt AÇIQLANDI — RƏSMİ

 "Ekspertlər payız aylarına ciddi hazır olmağımızı tövsiyə edirlər. Çünki bu zaman digər mövsümi xəstəliklər aktivləşir. Bu da COVID-19 simptomlarına oxşar...

Kreditlərə güzəşt ediləcək? - Prezidentin köməkçisindən AÇIQLAMA

 "Ola bilsin gələcəkdə dövlətin kreditlərlə bağlı güzəşt paketlərinə baxmasına ehtiyac yaransın”. Sfera.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

Bu rayonlarda karantin qaydalarını pozan şəxslər cərimələnib

 Masallı rayonunda kafe və çayxana karantin rejiminin qaydalarını pozub.   Sfera.az "Xezerxeber.az"a istinadən xəbər verir ki, rayon polis şöbəsini...

Elektrik qatarları həftəsonları hərəkətdə olmayacaq

 Nazirlər Kabinetinin qərarına uyğun olaraq, iyulun 20-na qədər şənbə və bazar günləri Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti...

Prezidentin köməkçisi vətəndaşlara MÜRACİƏT ETDİ

 "Cəmiyyətimizdə çox maraqlı bir tendensiya əmələ gəlib ki, bu xəstəliyə yoluxma sanki ayıb hesab edilir. Buna görə də bunu gizlətməyə çalışırlar”. S...

Naxçıvanda koronavirusdan ölənlərin sayı AÇIQLANDI

 "Naxçıvanda bu günə qədər şübhəli xəstələrə görə 9 290 test aparılıb. Ümumilikdə 142 yoluxma faktı aşkar edilib, onlardan 126-sı artıq sağalıb”. Sfe...