Qırğızıstanda parlament seçkiləri keçirilir

Qırğızıstanda parlament seçkiləri keçirilir
Qırğızıstanda yerli vaxtla saat 08:00-da parlament seçkiləri başlayıb.

Sfera.az xəbər verir ki, 2021-ci il aprelin 11-də keçirilən referendumda qəbul edilən Qırğızıstan Respublikasının Konstitusiyasına əsasən, parlament 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçilir. Belə ki, 54 deputat proporsional sistem üzrə (siyasi partiyaların namizədlərinin açıq siyahıları üzrə) vahid seçki dairəsi üzrə, 36 deputat isə birmandatlı seçki dairələri üzrə majoritar sistem üzrə seçilir.

Ümumilikdə 2494 seçki məntəqəsi açılıb ki, onlardan 59-u xaricdə fəaliyyət göstərir.

Vahid Seçki Dairəsi üzrə yekun seçici siyahısına 3 703 420 seçici daxildir ki, onlardan 84 min 128 seçici xaricdə yaradılmış seçki məntəqələri üzrə seçici siyahılarına daxil edilib. Birmandatlı seçki dairələri üzrə seçicilərin sayı 3 619 292 nəfər (xaricdə qeydiyyatda olan seçicilər istisna olmaqla) təşkil edir.

Ümumilikdə seçkilərdə 21 partiya və 287 birmandatlı namizəd iştirak edir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Merkel BMT-də işləmək təklifini rədd etdi

Almaniyanın keçmiş kansleri Angela Merkel BMT-nin baş katibi Antonio Quterreşin təşkilatda məsləhətçi kimi işləmək təklifini rədd edib.   Sfera.az "Lenta...

Qazaxıstana yeni müdafiə naziri təyin edildi

General-leytenant Ruslan Jaksılıkov Qazaxıstanın müdafiə naziri təyin olunub. Sfera.az  xəbər verir ki, bu barədə ölkə Prezidenti Kasım-Jomart Tokaye...

Kremldən Ərdoğanın Rusiya və Ukrayna arasında vasitəçiliklə bağlı təklifinə MÜNASİBƏT

"Biz istənilən ölkənin Ukrayna məsələsini həll etmək istiqamətindəki səylərini alqışlayırıq”. Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezid...

Rusiya və İran prezidentlərinin danışıqlarının gündəliyi AÇIQLANDI

"Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi hər iki ölkəni maraqlandıran bir çox mühüm məsələləri müzakirə edəcəklər”. Sfera.az TASS-...

İran Prezidenti Rusiyada səfərdədir

İran Prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri başlayıb. Sfera.az  TASS-a istinadən xəbər verir ki, onun təyyarəsi Moskva hava limanına enib. ...

XİN başçısı: “Nazarbayevin iğtişaşlarda əli olub-olmamasını istintaq göstərəcək”

"Düşünmürəm ki, Nursultan Nazarbayev və onun qohumlarının ölkədəki iğtişaşlarda əli var, lakin son nəticəni istintaq göstərəcək”. Sfera.az  "RİA Novo...