Sağlıq

Qidanın insultun yaranmasına təsiri müəyyən edildi

Qidanın insultun yaranmasına təsiri müəyyən edildi
 

Qidalanmanın ürək-damar xəstəliklərinin inkişaf riskinə təsir etdiyi elmə çoxdan məlumdur.

 "European Heart Journal”da nəşr olunan yeni tədqiqatın müəllifləri hansı məhsulların işemik və hemorragik insultun inkişaf riskini artırdığını öyrəniblər.

Mütəxəssislər 9 ölkədən 418 329  nəfərin məlumatlarını təhlil ediblər. 12,7 il ərzində işemik insult 4281 xəstədə, hemorragik isə 1430 nəfərdə müəyyən edilib.

Alimlər qidada sellülozanın (meyvə, tərəvəz, taxıl, paxlalılar, qoz-fındıq və toxum) ümumi miqdarı ilə işemik insult riskinin azalması arasında əlaqə olduğuna fikir veriblər.

Belə ki, sellülozanın qəbulunu hər dəfə 10 qram artıran zaman risk 23%, gündəlik olaraq 200 qram meyvə-tərəvəz yedikdə isə, risk 13% azalıb.

Maraqlıdır ki, hər hansı məhsulla işemik insult riskinin artmağı arasında statistik əhəmiyyətli əlaqə aşkarlanmayıb.

Lakin hemorragik insulta gəldikdə isə, tədqiqatlar zamanı məlum olub ki, gündəlik hər əlavə 20 qram yumurta onun yaranma riskini 25% artırıb.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930