`QHT-lərin işi xeyli asanlaşdı`- Əliməmməd Nuriyev

`QHT-lərin işi xeyli asanlaşdı`- Əliməmməd Nuriyev

 


"Nazirlər Kabinetinin "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda dəyişikliklər edilməsi ilə bağlı bugünkü qərarını Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının icrasının pozitiv xarakterli davamı kimi qiymətləndirirk”.

Bu barədə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyevin azvision.az–a daxil olan açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, bu qərarla "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda edilən dəyişikliklər xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunu xeyli sadələşdirib: "Bu sırada Qaydada edilmiş aşağıdakı dəyişikliklər xüsusilə əhəmiyyətlidir:

– "qrant vermək hüququnu əldə etməmiş xarici donorlarla qrant müqaviləsi bağlanıla bilməz qadağasının” aradan qaldırılması;

– xarici donorla resipiyent arasında bağlanılması nəzərdə tutulan qrant müqaviləsinin məqsədini, məbləğini, nəzərdə tutulmuş resipiyenti, icra müddətini, sub-qrantlara (olduğu halda) dair tələblərini əks etdirən qrant müqaviləsinin (qərarının) layihəsi, müqavilə üzrə tərtib edilən sənədlərin təqdim edilməsi (layihə, proqram, smeta xərcləri) tələbinin ləğvi:

– xarici donorun təsis edilməsi haqqında qərarın, nizamnaməsinin (əsasnaməsinin) və ya qeydiyyatını təsdiq edən sənədin (qeydiyyat şəhadətnaməsinin və s.) surətinin, xarici donorun nümayəndəsinin müvafiq ərizəni imzalamaq səlahiyyətini təsdiq edən etibarnamənin təqdim edilməsi, habelə xarici dildə tərtib olunmuş sənədlərin tərcüməsinin notariat qaydasında təsdiq edilməsi tələblərinin ləğvi;

– qrant vermək hüququnu əldə edilməsinə dair müraciətə baxılması müddətinin 2 dəfəyədək azaldılması və müraciətə baxılmasında operativliyin artırılması;

– qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina üçün əsas kimi yalnız qrantın verilməsi məqsədi və maliyyə-iqtisadi əsaslandırılmasının qeyri-dəqiq göstərilməsinin götürülməsi”.

Açıqlamda vurğulanır ki, bundan əvvəl "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınnması Qaydasına” dəyişikliklərdə olduğu kimi bu Nazirlər Kabinetinin bugünkü qərarında da Açıq Hökumət Tərəfdaşlığı Hökumət-Vətəndaş Cəmiyyəti Dialoq Palatformasının müvafiq dövlət orqanlarına təqdim etdiyi təkliflər nəzərə alınıb: "Bu bir daha vətəndaş cəmiyyəti-hökumət əməkdaşlığının nümunəsi kimi qiymələndirilməlidir. Xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunun sadələşdirilməsi isə Azərbaycan QHT-lərinin fəaliyyətini, beynəlxalq əlaqələrini daha da genişləndirməyə, ümumilikdə vətəndaş cəmiyyətinin potensialını artırmağa yeni imkanlar yaradır”.


OXŞAR XƏBƏRLƏR

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...

Beynəlxalq Çin Dili Günüdür

Aprelin 20-si Beynəlxalq Çin Dili Günüdür.   Sfera.az xəbər verir ki, Beynəlxalq Çin Dili Günü BMT-nin İctimai İnformasiya Departamentinin təklifi əsas...