QHT, dövlət və KİV təmsilçiləri üçün təlim keçirilir

QHT, dövlət və KİV təmsilçiləri üçün təlim keçirilir






   Mingəçevir Valideynlər Assosiasiyası noyabrın 21-dən  Mingəçevir Media Mərkəzində Çexiya ("Transitions”) və Polşadan ("Linking Media”) olan tərəfdaşları ilə birgə  Avropa Birliyinin maliyyələşdirdiyi və BMT İnkişaf Proqramı tərəfindən həyata keçirilən "Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində açıq məlumatlara dair təlimlərə start verib. MVA prezidenti və layihə komandasının rəhbəri  Fərman Nəbiyev saytımıza açıqlamasında bildirib ki, bu təlimlərə Bakıdan və Azərbaycanın digər bölgələrindən QHT, dövlət və KİV təmsilçiləri  qatılıb:  "3 gün ərzində  onlar açıq məlumatlar konsepsiyasını müzakirə edəcəklər, Belorus, Avropa Birliyi və dünya KİV-lərinin, QHT və dövlət orqanlarının açıq məlumatlarla işləmə təcrübəsini öyrənəcəklər. İştirakçılar  açıq məlumat portalları, məlumat mənbələri, vizuallaşdırma alətləri ilə tanış olub, xəritələr üzərində işləməyi də öyrənəcəklər”.

F.Nəbiyevin sözlərinə görə, cümə axşamı Mingəçevir Dövlət Universitetinin tələbə-gəncləri üçün mitap təlimi təşkil olunub, 25 noyabrdan isə növbəti  qrup üçün üç günlük təlimə başlanıb: "Məqsəd auditoriyanı açıq məlumatlarla tanış etmək və gələcəkdə onlara məlumatları hamının başa düşəcəyi şəkildə təqdim etməyi öyrətməkdir”

Mingəçevir İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev ölkə üçün vacib olan belə tədbirin Mingəçevirdə keçirilməsindən məmnunluğunu ifadə edib. Şəhər statistika İdarəsinin rəisi Etibar Kərimov maraqlı ideyalarla çıxış edib.

Tədbirləri izləyən və təlimlərin gedişindən məmnun qalan  BMTİP əməkdaşları əmin olduqlarını bildiriblər ki, proqramın  uğurla icrası Azərbaycanın hökümət, QHT və KİV   nümayəndələrinə əhali ilə daha rahat  işləmək imkanı yaradacaq.

Noyabrın 27-dək davam edəcək təlimləri  "Linking Media” təşkilatının nümayəndəsi,  media üzrə mütəxəssis Lyaksey Lyavonçik idarə edir.




OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...