Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 16 fələstinli xəsarət alıb
10:24 / 01.06.2019
1797
Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalar zamanı 16 fələstinli xəsarət alıb.
VAFA agentliyi xəbər verir ki, bu barədə yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kidr məlumat yayıb.
Bildirilir ki, hərbçilər nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq ediblər.
Daha əvvəl bildirilirdi ki, Qəzza sektorunda İsrail hərbçiləri ilə toqquşmalarda 1 fələstinli həlak olub, azı 30 nəfər xəsarət alıb.