Qəzet paylayan əfqan ailəni belə xilas etdi - FOTO

Qəzet paylayan əfqan ailəni belə xilas etdi - FOTO
Türkiyədə bir nəfər yanan evdən xilas olmağa çalışan bir ailəni xilas edib.
 
Qəzet paylayan Remzi Özyurt iki mərtəbəli taxta evin yandığını görüb. Elə o an yanğınsöndürmə xidmətinə zəng edib. Daha sonra ailəni yuxudan oyadaraq xəbərdar edib.
 
Yanğın sürətlə yayıldığından Əfqanıstandan olan mühacir ailə yeddi və beş yaşlı uşaqlarını ikinci mərtəbədən atıblar. Körpələri aşağıda Remzi tutub. Ata ana sonra özləri birtəhər qaçaraq canlarını qurtarıblar.


OXŞAR XƏBƏRLƏR