Qəzaya düşən müğənni yox, oxşarı imiş: “Ad soyadımız da eynidir” - Video

Qəzaya düşən müğənni yox, oxşarı imiş: “Ad soyadımız da eynidir” - Video

Avtomobil qəzasına uğradığı deyilən müğənni Vüqar Muradov "Elgizlə İzlə” verilişinin canlı yayınına gələrək haqqında yayılan qəza xəbərindən danışıb.

Sfera.az xəbər verir ki, ifaçı qəzaya düşənin özü olmadığını lakin həmin adamın ona çox bənzədiyini deyib. Hətta onların adları və soyadları da eynidir:

"Baxdım ki, özüməm. Şoka düşdüm. 4-5 gün öncə Qax tərəfdə toydaydım. Dedim gedim evdəkiləri də görüm, onlarla istirahət edim. Dünən atam, qardaşım və mən birlikdə notariusa getmişdik. Birdən dostum Rövşən Tağıyev telefonuma şəkil göndərdi ki, Vüqar, bu nə xəbərdir? Baxdım ki, özüməm. Şoka düşdüm. Və paylaşılan adamın profilini atdı. Dedi ki, bu insan paylaşıb, bank kartı ilə pul yığır. Dedim bu hər kimdirsə mənim adımdan istifadə edib pul yığmağa çalışır. Yaxınlıqda həmin bankın filialı vardı. Banka girib birbaşa müdirin yanına qalxdım. Pul yığmaq üçün paylaşılan bank hesabının bağlanmasını istədim. Daha sonra həmin paylaşımı edən adamın feysbuk hesabına girdim. Etdiyi paylaşımın altında telefon nömrəsi var idi. Zəng etdim həmin nömrəyə mənə dedi ki, bu yalan xəbər deyil. Həqiqətən də belə adam var. Yaralıdır. Köməyə ehtiyacı var. Video göndərdi mənə. İnsan insana bu qədərmi oxşayar? Dünəndən bəri yata bilməmişəm. Ad soyadımız da eyni, özümüz də oxşayırıq. Elə bilsinlər ki, mənə kömək edirlər. Gedib mürləq ona baş çəkəcəyəm. Mənim üçün narahat olan insanların qarşısında baş əyirəm”.

Həmin  görüntüləri təqdim edirik:


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...