Qəzada ölən qazi dəfn olundu

Qəzada ölən qazi dəfn olundu
Ötən gün Sabirabadda yol qəzasında həyatını itirən 31 yaşlı Vətən Müharibəsi iştirakçısı Elşən Ağayev bu gün Xaçmaz şəhər qəbristanlığında -  atası Xanağanın yanında dəfn edilib. 

Sfera.az xəbər verir ki, dəfn mərasimində ailə üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələri, Xaçmaz rayon İH rəhbərliyi və hərbçi yoldaşları iştirak ediblər.  

Elşən Ağayev bu il yanvarın 27-dən Xaçmaz İH-də yeni yaradılan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində baş mütəxəssis vəzifəsində işləyib. 

Şöbə müdiri Vüqar Fərzəliyev vida nitqində "mən iş yoldaşımı deyil,əziz qardaşımı, vətənpərvər dostumu itirdim” deyib. 

Qeyd edək ki, Elşən Ağayevin oğlan toyu olsa da qız toyu Məhərrəmlik ayından sonra olacaqdı. Onun qəzada ölüm xəbərini eşidən nişanlısı Elşənin cənazəsini gətirmək üçün ailə üzvləri ilə birgə Sabirabada gedibmiş.

OXŞAR XƏBƏRLƏR