Qəza törədən polis serjantına bəraət verildi

Qəza törədən polis serjantına bəraət verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə çıxarılan hökmə əsasən, X.Məmmədova bəraət verilib. 

O, məhkəmə iclas zalından azadlığa buraxılıb. 

Qeyd edək ki, bir neçə proses əvvəl məhkəmə istintaqının başa çatdığı elan edilmiş və prokuror təqsirləndirilən şəxsə cəza istəmişdi.

Sonradan hakimlər kollegiyası isə işdə prosessual pozuntuların olduğu qənaətinə gələrək, məhkəmə istintaqının yenilənməsi, bu iş üzrə prokurorluq və polis əməkdaşlarının dindirilməsi barədə qərar vermişdilər.

Dindirilməsi nəzərdə tutulan şəxslər ötən prosesdə dindirilib.

Xatırladaq ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb.

Qəza baş verən zaman "Range Rover”in sükanı arxasında olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...