Qeyts tarix verdi — COVID-19 bu müddətdə bitəcək

Qeyts tarix verdi — COVID-19 bu müddətdə bitəcək
"Microsoft” korporasiyasının qurucusu Bill Qeyts ABŞ-da koronavirusa qarşı peyvəndlənmənin vaxtını təxmin edib.
 
Sfera.az xəbər verir ki, o, ABŞ-ın oktyabr ayının sonuna qədər koronavirus peyvəndi əldə edə bilməyəcəyini və bu vaxta qədər sınaqdan keçirilən yalnız bir peyvəndin ABŞ-da istifadəyə hazır ola biləcəyinə inanır.

"Peyvəndlərin heç birinin ABŞ-da oktyabr ayının sonuna qədər təsdiqlənməyəcəyi ehtimalı var. Hər şey yaxşı olarsa, oktyabr ayının sonuna qədər təcili istifadə üçün təsdiqlənə biləcək yeganə peyvənd "Pfizer” şirkətinindir", - CNBC kanalına açıqlamasında Qeyts bildirib.

"Microsoft”un qurucusu effektiv olduğu sübut olunarsa, gələn ilin dekabr və ya növbəti ilin yanvar aylarına qədər ABŞ-da peyvənd istifadəsinə icazə veriləcəyinə ümid edir.
Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxma sayı 6,5 milyonu keçib.

Hazırda ölkədə "Moderna”, "Pfizer” və "AstraZeneca” kimi şirkətlər tərəfindən hazırlanmış koronavirus peyvəndlərinin klinik sınaqları davam edir. Bundan əvvəl Prezident Donald Tramp 3 noyabr prezident seçkiləri gününə qədər ABŞ-da COVID-19 peyvəndinin hazır ola biləcəyini söyləmişdi.

ABŞ Qida və Dərman İdarəsinin (FDA) rəhbəri Stiven Hah, "Financial Times” qəzetinə verdiyi müsahibəsində faydalarının potensial risklərdən çox olduğu təqdirdə, klinik sınaqların üçüncü mərhələsi tamamlanmadan əvvəl koronavirus peyvəndini təsdiqləməyə hazır olduqlarını söyləmişdi.

Mütəxəssislərin ehtimallarına görə, planetin 70% sakini koronavirusa qarşı peyvənd olunsa və ya hər hansı başqa üsulla immun sistemi qazana bilsə, pandemiya tamamilə başa çatacaq.publika

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...