Qeyri neft-qaz sektorunun ən dəyərli sahələri hansılardır?

Qeyri neft-qaz sektorunun ən dəyərli sahələri hansılardır?
Azərbaycan iqtisadiyyatında qeyri neft-qaz sektorunun payı tədricən artır.

 

 

2008-ci ildə ümumi daxili məhsul (ÜDM) istehsalının 40 faizi qeyri neft-qaz sektorunda yaradıldığı halda 2019-cu ildə 61,6 faizi, 2020-ci ildə 70,1 faizi neft-qaz sektorundan kənar sahələrin payına düşüb. 2020-ci ilin ilk 2 ayında qeyri neft-qaz sektorunun payı azalaraq 63,3 faizə düşsə də, sektorun payının yüksək olduğu görünür.

 

 

Bəs, qeyri neft-qaz sekrtorunun ən dəyərli sahələri hansılardır?

 

Sfera.az bildirir ki, neft-qaz sektorundan fərqli olaraq qeyri neft-qaz sektorunun ən dəyərli sahələri istehsal yox, xidmət sektorlarına aiddir. Neft-qaz sektorunda yaradılan dəyərin 90 faizindən çoxu istehsalla bağlıdırsa, qeyri neft-qaz sahələrində istehsalın payı 20 faizdən də azdır.

 

Qeyri neft-qaz sektorunda əsas üstünlük xidmət sahələrinin payına düşür. Başqa sözlə, ölkəmizdə qeyri neft-qaz sektorunun inkişafı xidmət sahələrinin hesabına baş verir. 2020-ci ilin məlumatına əsasən, qeyri neft-qaz sahələrində ümumilikdə 50,8 milyard manatlıq ÜDM (əlavə dəyər) istehsal edilib.

 

 

Qeyri neft-qaz sektorunda ən böyük dəyər sosial xidmətlər sahəsində yaradılıb. Burada qeyri neft-qaz sektorunda yaradılan dəyərin 28,9 faizi formalaşıb. Sosial xidmətlərin mütləq mənada dəyəri 14,68 milyard manat təşkil edib.

 

 

Sərt karantin qaydalarına baxmayaraq ötən il ticarətdə yaradılan dəyər artıb. Burada yaradılan əlavə dəyər 8,33 milyard manat olmaqla qeyri neft-qaz dəyərinin 16,4 faizini formalaşdırıb. 2019-cu ildə ticarətdə yaradılan dəyər 8,14 milyard manat idi və qeyri neft-qaz sektorundakı dəyərin 16,15 faizini təşkil edirdi.

 

 

Ötən il karantin səbəbindən ərzaq mallarının ticarətinin artması ticarət sektorunda yaradılan dəyərin yüksəlməsini şərtləndirib.

 

 

Qeyri neft-qaz sektorunda dəyər baxımından ikinci ən böyük sahə tikintidir. Burada 5,59 milyard manatlıq dəyər yaradılıb ki, bu da ümumi dəyərin 11 faizidir.


Digər xidmət sahəsi olan nəqliyyat və anbar təsərrüfatında 5,13 milyard manatlıq və ya cəmi dəyərin 10,1 faizi qədər dəyər yaradılıb.Qeyri neft-qaz sahələrində istehsal sektorunun payı 17,4 faiz olub. Burada daha böyük paya kənd təsərrüfatı sahibdir. Kənd təsərrüfatında ümumi dəyərin 9,9 faizi, qeyri neft-qaz sənayesində isə 7,5 faizi yaradılıb.

 

Vasif

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...