Qeyri-neft mallarının ixracı 2,4 milyard dollara çatıb

Qeyri-neft mallarının ixracı 2,4 milyard dollara çatıb
2021-ci ilin 11 ayının yekunlarına görə Azərbaycanın qeyri neft-qaz mallarının ixrac dəyəri 2,4 milyard dollara yüksəlib. 

Sfera.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına istinadən xəbər verir ki, bu il ixrac ötən ilin 11 ayı ilə müqayisədə 720,8 milyon dollar və ya 44 faiz artıb. 2020-ci ilin 11 ayında qeyri neft-qaz mallarının ixrac dəyəri 1,68 milyard dollar idi. 

Qeyri neft-qaz mallarının ixracının kəskin artması onun cəmi ixracda payının yüksəlməsinə səbəb olub. İlk 11 ayda 19,8 milyard dollarlıq ixrac həyata keçirilib ki, bunun da 12,12 faizini qeyri neft-qaz sahələrinə aid olan malların ixracı təşkil edib. 

Məlumatlara görə, bu il ixrac olunan məhsullar arasında pambıq iplik 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, pambıq lifi 70,2%, şəkər 29,8%, alüminium və ondan hazırlanan məmulatlarda 69,3%, artım qeydə alınıb.

Noyabrda isə qeyri neft-qaz mallarının ixrac dəyəri 58,7% artaraq 307,2 milyon dollar olub. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...