Qətərli nazir: "Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir"

Qətərli nazir:

"Dünyada baş verən bütün hadisələr müzakirələri zəruri edir. Qoşulmama Hərəkatının əsas qayəsi birgə səylərin nümayiş etdirilməsidir".

Sfera.az trend-ə-ə istinadən xəbər verir ki, bunu Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşünün debat müzakirələrində Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Soltan bin Saad Al Muraikhi deyib.

Nazir qeyd edib ki, dünyada birtərəfli siyasətin aparılması öz mənfi təsirlərini göstərir:

"Beynəlxalq hüquq prinsiplərinin qorunmaması birtərəfliliyə gətirib çıxarıb. Birtəfərli qaydada qəbul edilən qərarlar tam əks nəticələr verir. Qətər regionda sülhün bərqərar olunmasının tərəfdarıdır".

Dövlət naziri, həmçinin bildirib ki, terrorçuluğu yaradan səbəblər aradan qaldırılmalıdır, terror aktlarını din ilə bağlamaq olmaz.

Qətər xarici işlər naziri vurğulayıb ki, ötən ay ölkəsi inkişafda zəif olan ölkələrdə iqlim dəyişikliyinə qarşı mübarizə üçün 100 milyon dollar ayırıb.


OXŞAR XƏBƏRLƏR

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...

Əməkdar artist Cavanşir Məmməovla bağlı MARAQLI FAKTLAR

Bu gün dünyasını dəyişən, əməkdar artist, tanınmış müğənni Cavanşir Məmmədov 1954-cü ildə musiqiçi ailəsində anadan olmuşdu.   Sfera.az xəbər verir ...

Balaşixada azərbaycanlı iş adamı ÖLDÜRÜLDÜ

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.   Sfera.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsa...

Misir XİN başçısı: "Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var"

Yaxın Şərqdəki gərginliyin genişlənmə ehtimalı var.   Sfera.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şukri İstanbulda türkiyəli həmk...

7 apreldə keçirilmiş imtahanların nəticələri BU TARİXƏDƏK AÇIQLANACAQ - RƏSMİ

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şə...

Cavanşir Məmmədovun cənazəsi evindən belə çıxarıldı - FOTO/VİDEO

Cavanşir Məmmədovun cənazəsi evindən çıxarılıb.   Sfera.az xəbər verir ki, mərhumun nəşi yuyulmaq üçün Göy məscidə aparılıb.   Əməkdar art...