Qətərdə yaşayan azərbaycanlılar bəyanat yaydılar

Qətərdə yaşayan azərbaycanlılar bəyanat yaydılar
Qətərdə fəaliyyət göstərən Azərbaycan icması 27 sentyabr – Anım Günü ilə əlaqədar bəyanatla çıxış edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən məlumata görə, ölkənin dövlət qurumlarına və müxtəlif təşkilatlara ünvanlanmış bəyanatda bildirilib ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistanın bütün cəbhə boyu genişmiqyaslı hücumuna Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları ilə cavab verib.

Qırx dörd gün davam edən Vətən müharibəsi zamanı 30 ilə yaxın müddət ərzində işğal altında qalan Qarabağ bölgəsinin azad edilməsi, Ermənistanın onilliklər ərzində Azərbaycan torpaqlarında törətdiyi hərbi, ekoloji cinayətlərin, vandalizmin və qeyri-qanuni fəaliyyətlərinin üzə çıxması, hazırda Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə minalardan təmizlənmə prosesini həyata keçirməsi, yenidənqurma və tikinti işlərinə başlaması nəzərə çatdırılıb.

Soydaşlarımız beynəlxalq ictimaiyyət Azərbaycanın regionda davamlı sülhün bərqərar olunmasına yönəlmiş səylərini dəstəkləməyə çağırıb.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi qazisi: “Üç gün morqda qaldım” - VİDEO

Füzuli uğrunda döyüşlərdə düşmənin artilleriya atəşi nəticəsində yaralanan XTQ üzvü, Vətən müharibəsi qazisi Mahir Məmmədov klinik ölüm keçirərək morqa yerləşdi...

Bir il öncə işğaldan azad edilən ərazilər - SİYAHI

Bu gün bir sıra ərazilərin Ermənistanın işğalından azad edilməsindən bir il ötür. Sfera.az həmin ərazilərin siyahısını təqdim edir. Zəngilan rayonu ...

Bu erməni terroru da bizi yıxa bilmədi... - VİDEO

Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərinə raket hücumları ilə törətdiyi terrordan bir il ötür. Sfera.az xəbər verir ki, 2020-ci il oktyabrın 28-də sa...

Ali Erbaş Şuşada azan oxudu - VİDEO

Türkiyənin Dini İşlər İdarəsinin sədri Ali Erbaş Şuşada azan oxuyub. Sfera.az xəbər verir ki, o, bununla bağlı görüntüləri Tvitter hesabında paylaşıb. ...

FHN də eyvandan əşyaları atan şəxslə bağlı açıqlama yaydı

Fövqəladə Hallar Nazirliyi əşyaları eyvandan atan şəxslə bağlı məlumat yayıb. Sfera.az-ın məlumatına görə, bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhər...

Yaşar Nurinin qızı: “Artıq satmağa bir şeyim yoxdur” - VİDEO

Mərhum Yaşar Nurinin ailəsi maddi baxımdan çətinlik yaşayır. Sfera.az xəbər verir ki, ATV-nin "Günün sədası” verilişində Xalq artistinin qızı Ülkər Yaşarq...