Qərbin sanksiyaları Rusiyaya nə qədər ziyan vurub? – Zaxarova milyardlarla dollardan danışdı

Qərbin sanksiyaları Rusiyaya nə qədər ziyan vurub? – Zaxarova milyardlarla dollardan danışdı
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin sanksiyalarının ölkə iqtisadiyyatına təsirini qiymətləndirib. Onun sözlərinə görə, dəyən ziyanla bağlı fərqli məlumatlar var.
 
Sfera.az xəbər verir ki, diplomat bu barədə mayın 4-də RT-yə verdiyi müsahibəsində danışıb.

"Qarşılıqlı sanksiya təzyiqlərinin artması həm Rusiya, həm də Qərb iqtisadiyyatına eyni dərəcədə mənfi təsir göstərir. Qarşılıqlı zərərin təxminləri dəyişir və subyektivdir, amma zərər yüz milyardlarla dollar təşkil edir. Bu şərtlərdə, milli iqtisadiyyatın və yerli iqtisadi operatorların inkişaf maraqlarını rəhbər tutaraq, məhdudiyyətlərə təsdiqlənmiş və adekvat bir şəkildə cavab verməyə davam edirik ”,- deyə Rusiya xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

Zaxarova Kremlin məhdudlaşdırmalara cavab olaraq tətbiq etdiyi iqtisadi tədbirləri xatırladaraq, antirusiya sanksiyalarının tətbiqini elan edən ölkələrdən bəzi ərzaq məhsullarının idxalına hələ də məhdudiyyətlər qoyulduğunu vurğulayıb. Xarici İşlər Nazirliyinin nümayəndəsi, həmçinin "milli maliyyə sisteminin gücləndirilməsi" barədə də danışıb.
 
"Bir çox cəhətdən xarici təzyiqlərə uyğunlaşmağı, vəziyyəti öz xeyrimizə dəyişdirməyi, idxalı əvəzetmə proqramlarını həyata keçirməyi və daxili iqtisadiyyatın perspektivli və rəqabətədavamlı  sahələrini inkişaf etdirməyi bacardıq",- deyə Zaxarova fikrini yekunlaşdırıb.
 
Qeyd edək ki, bİr müddət əvvəl "Financial Times” ekspertlərə istinadla xəbər vermişdi ki, illərdir Qərb ölkələrinin sanksiyalarına tuş gələn Rusiya iqtisadiyyatı hazırda hər zamankindən daha sabit vəziyyətdədir. Mütəxəssislər son illər ərzində ölkə iqtisadiyyatının uyğunlaşmağı bacardığı qənaətinə gəliblər: Rusiya dövlət xərclərini azaldıb və idxalı əvəzetmə proqramlarına trilyonlarla rubl xərcləyərək yerli istehsalı stimullaşdırıb.
 
Selcan
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR