Qərbə yönələn Paşinyan hərbi çevriliş təhlükəsini sovuşdura bildi? - ŞƏRH

Qərbə yönələn Paşinyan hərbi çevriliş təhlükəsini sovuşdura bildi? - ŞƏRH
"Paşinyan öz açıqlamalarında bir qədər ehtiyatlı olmalıdır. Bu ya onun səriştəsizliyindən irəli gəlir, ya da qərbdən gələn mesajları birbaşa sahibinə ötürür. Şübhəsiz ki, Ermənistanda baş verən son olaylarda Nikol Paşinyanın "rolu" az deyil”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy Ermənistandakı hadisələri şərh edərkən deyib. O, bildirib ki, Paşinyan müxalifətin ittihamlarını cavablandırarkən Rusiyanı açıq tənqid edir və erməni cəmiyyətində də bu aqressiyanı daha da artırır:

"Əslində sözlərində həqiqət var, lakin Rusiya Paşinyanın "İsgəndər” açıqlamasını cavabsız qoymayacaqdı. Hətta vəziyyət elə bir yerə gəlib çatdı ki, hərbi çevriliş müzakirə mövzusudur. Düşünürəm ki, Nikol üçün bu təhlükə sovuşmaq üzrədir. Qərb də bu proseslərdə çox diqqətli oldu. Paşinyanın mitinqə topladığı kütlə müxalifətinkindən iki dəfə çox idi. Bu da ciddi mesajdır. İstənilən halda, Nikol məğlub ölkənin məğlub lideri olmasına rəğmən hələ də 30% elektoratı qoruyub saxlaya bilib. Məhz ona görə də, hər dəfə deyir ki, "Məni bura xalq gətirib, onlar da düşürə bilər". Yəni o əmindir ki, təkrar seçki olarsa, qələbə qazanacaq. 

Əslində burda da müəyyən mənada reallıq var. Erməni cəmiyyətinin əksəriyyəti Rusiyadan uzaqlaşıb qərbə inteqrasiya yolu tutmaq istəyir. Bunun da yolu Paşinyandan keçir. Müxalifət isə cəmiyyəti tək çarənin Rusiya olduğuna inandırmağa çalışır. Ermənilər isə artıq buna inanmır. Erməni hərbçilərinin valideynlərinin hər gün daha böyük etiraz aksiyası baş tutur. Onlar öz övladlarını Qarabağa göndərmək istəmir və bildirirlər ki, ordu yenidən qurulsun. Amma hərbiçilər sadəcə Ermənistan sərhədlərini qorusun. Yəni dolayısıyla etiraf edirlər ki, Qarabağ heç bir zaman Ermənistanın olmayıb və onun uğrunda övladlarımızı ölümə göndərmək istəmirik”.

Politoloqun sözlərinə görə, Paşinyan hakimiyyətdə qalarsa, qərbyönümlü siyasət dəyişməyəcək:

"Bu birmənalıdır. Müəyyən mənada siyasətin tələb etdiyi elastikliyi görə bilərik. Ancaq Paşinyan məhz qərbin layihəsidir. Təsadüfi deyil ki, hakimiyyətə gələr-gəlməz ölkədəki Rusiya yönümlü medianı bağladı, ona yaxın qüvvələri həbs etdi və.s. Əslində belə də olmalı idi. Çünki onu hakimiyyətə gətirən xalqın əsas istəklərindən biri də Rusiyadan ayrılmaqdır. Bu nə dərəcədə realdır ? Ermənistan Rusiyadan tamamilə qopa biləcəkmi, inandırıcı deyil. Rusiya istənilən halda Paşinyanı sıxışdıracaq. Lakin ilkin hədəf 10 Noyabr bəyannaməsinin tam icrasıdır. Bu mənada Rusiya da müəyyən mənada gözləmə mövqeyi tutacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...