Qərb Türkiyəni Yunanıstanın əli ilə “vurmağa” çalışır? - Açıqlama
12:51 / 02.08.2021
1101
"Türkiyə Egey və Aralıq dənizindəki Afinanın nəzarətində
olan adaları öz təsir dairəsinə sala bilər”.
Bu sözləri Sfera.az-a açıqlamasında iyulun
31-də Yunanıstan tərəfdən törədilən təxribat nəticəsində Türkiyənin Ədirnə şəhərində
bir vətəndaşın öldürülməsinin təsadüf, yoxsa provakasiya olmasına aydınlıq gətirərkən,
politoloq Məhəmməd Əsədullazadə deyib:
"Türkiyə ilə Yunanıstan arasında Aralıq dənizi
və Kipr problemində kəskin münasibətlər hökm sürür. ABŞ və Avropa Birliyi bu məsələdə
Afinanı dəstəkləyir. Şimali Kipr Türk Cümhuriyyətinin 44 illik tədbirinin
keçirilməsi, Ərdoğanın bu respublikanın tanınması istiqamətində fəaliyyətə keçəcəyilə
bağlı açıqlamaları isə Yunanıstanı və ona dəstək verən ölkələri narahat edib”.
Politoloqa görə, bu insidentdə bəzi Qərb ölkələrinin
də rolu var: "Qərb mövcud situasiyadan yararlanmağa çalışaraq Afinanı
provakasiyaya çəkir. Bu olay da təsadüfi deyil, bilərəkdən, qəsdən
planlaşdırılan ssenarinin tərkib hissəsidir. Türkiyədəki yanğınlar, Yunanıstan
tərəfdən qardaş ölkənin atəşə tutulması Qərbdəki bəzi dövlətlərin Türkiyəni
sıxışdırmaq, təzyiq etmək cəhdidir”.
Rüfət
SULTAN