Qərb turistləri Azərbaycandan niyə yan keçir? - SƏBƏBLƏR

Qərb turistləri Azərbaycandan niyə yan keçir? - SƏBƏBLƏR
 

"Avropa Birliyi ilə viza rejiminin qalması Qərbdən Azərbaycana gələn turistlərin sayının az olmasına öz təsirini göstərib”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycana gələn turistlər arasında Avropa və Amerikadan gələnlərin olduqca az olması məsələsinə münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:

 

"Baxmayaraq ki, Azərbaycan Avropa Birliyilə viza rejimini sadələşdirib, bəzi qonşu ölkələrlə müqayisədə ölkəmizə həmin qurumdan olan vətəndaşlar viza ilə gəlməkdə davam edirlər. Yəni rejim sadələşdirilsə də, vizanın tətbiq olunmaqda davam etməsi Avropadan gələn turistlərin sayının az olmasında özünü göstərməkdədir. Ona görə, Avropaya vizasız rejim tətbiq etməliyik. Rusiya, Türkiyə, İranla yanaşı, son zamanlar ölkəmizə gələn turistlər arasında ərəb dövlətlərindən gələnlərin sayında da artımlar var. Buna da səbəb olan amil məhz bəzi ərəb ölkələrilə viza rejiminin aradan qaldırılmasıdır”.


Digər səbəb isə ekspertə görə, Azərbaycanın turizm potensialının Qərbdə yaxşı tanıdılmaması ilə bağlıdır: "Ona görə də Avropa Birliyində Azərbaycanın turizm potensialının daha çox təbliğ edilməsinə ehtiyac vardır. Ona görə bu kontekstdə ölkəmizin həmin potensialının təbliğ edilməsi çox vacibdir”.


V. Bayramov bildirdi ki, Azərbaycanın turizm məkanları Qərbdən olan turistlərin istəklərini ödəmir: "Ərəb ölkələrindən gələnlərin turizm baxımından istəkləri Avropadan gələnlərin anoloji istəyi ilə eyni deyil. Avropalılar xarici ölkələrə gedərkən xüsusən tarixi məkanlara, təbiət qoynuna getməyə daha çox meyl edirlər. Ona görə də avropalıların turistik istəyinə uyğun olaraq Azərbaycanın tanıdılmasına ehtiyac var”.


 

Avropalı turisti Azərbaycandan yan keçməyə vadar edən digər vacib məqam isə, V. Bayramovun fikrincə, ölkəmizdə olan qiymətlərlə bağlıdır: "Səfərlərə geniş önəm verən avropalılar bahalı otellərdə deyil, ucuz otellərdə qalmaqda maraqlıdırlar. Azərbaycanda isə bahalı dörd, beş ulduzlu otellər üstünlük təşkil edir. Bütün bunlar nəticəsində avropalı turist hələlik ölkəmizə o qədər də ciddi maraq göstərmir”.

 

 

Qeyd edək ki, Azərbaycana ildən-ilə gələn turistlərin sayında artımlar baş verir. Ancaq ölkəmizə gələn turistlər arasında Türkiyə, Rusiya, İran və ərəb ölkələri vətəndaşları üstünlük təşkil edir. Amma nədənsə turizmə geniş yer verən Qərb ölkələri vətəndaşları Azərbaycana gəlməyə elə də ciddi önəm vermirlər.

ELÇİN


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...