Qərb Rusiyaya qarşı yeni müharibəyə başlayıb – MN
17:14 / 25.03.2021
2601
Qərb ABŞ-ın rəhbərliyi altında Rusiyaya qarşı yeni növ mental müharibə başladıb.
Sfera.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski deyib. Onun sözlərinə görə, bu müharibənin nəticələri özünü tezliklə göstərməyəcək.
İlnitski Qərbin Rusiya ilə birbaşa qarşıdurmadan qaçdığını və belə bir toqquşmanın yaxın 10 ildə olmayacağını söyləyib.
Müşavir bunun üçün Moskvaya qarşı informasiya-hibrid müharibənin aparıldığını bildirib:
"Klassik müharibənin hədəfi düşmənin canlı qüvvəsini məhv etməkdir, müasir kibersavaşlar düşmənin infrastrukturunu məhv edir, yeni növ müharibənin hədəfi isə mentaliteti, cəmiyyətin əsaslarını dəyişməkdir. Mən bunu "mental müharibə” adlandırardım”.
(Axar.az)