Qərb ölkələri Rusiyanı niyə sevmir? - Lavrov səbəbini açıqladı
10:48 / 24.07.2021
1266
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov, Qərb ölkələrinin
Rusiyanı sevməmə səbəbini açıqlayıb.
Sfera.az Sputnik-ə istinadən xəbər verir ki, Lavrov Qərb ölkələrinin
Rusiyadan gözlədiklərini ala bilmədiyi üçün həmin ölkələrin onları sevmədiyini
bildirib.
"Bizi sevmirlər,
çünki Sovet ittifaqının dağılmasından və hazırkı Rusiya Federasiyasının
qurulmasının ilk illərindən sonra Qərb ölkələrinin Rusiyaya qarşı xəyalları puç
oldu. Biz heç vaxt qapalı ölkə olmadıq, Rusiyanın qədim tarixi və bunu təsdiq
edən mənbələri var" - deyə, nazir qeyd edib.
Əzizə Zeynal
Sfera.az