“Qərar Brüsseldə deyil, Soçidə veriləcək” - Silayev

“Qərar Brüsseldə deyil, Soçidə veriləcək” - Silayev
"Brüsseldəki görüş zamanı Soçi görüşündə gözlənildiyi kimi heç bir qərar qəbul edilməyəcək”.

Sfera.az xəbər verir ki, bunu news.am-a müsahibəsində MDBMİ-nin baş elmi işçisi, rusiyalı tədqiqatçı  və politoloq Nikolay Silayev noyabrın 26-da Soçidə keçiriləcək Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü və onun mümkün nəticələrini şərh edərkən bildirib. 

"Düşünürəm ki, bu ilin yanvarında olduğu kimi hansısa üçtərəfli bəyanat qəbul ediləcək. Brüsseldə gözlənilən görüş bu görüş kimi hazırlanmamışdı. Brüsseldəki görüş zamanı Soçidəki görüşdə gözlənildiyi kimi heç bir qərar verilməyəcək, çünki Brüsseldəki görüş gözlənilmədən təşkil olunub. Bəli, orada görüşəcəklər, bir-birlərinə nəsə deyəcəklər, vəssalam, biz Soçi görüşündən konkret qərarlar gözləyirik. Soçi görüşünün elan edilməsi və baş tutması onu göstərir ki, bu istiqamətdə kifayət qədər intensiv iş aparılır, Brüssel görüşündə bu, nəzərə çarpmır”, - Silayev bildirib.

OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...