Qənirə Paşayeva tanınmış ziyalılarla görüşdü
22:21 / 03.03.2021
1615
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Sumqayıt Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı, "Hədəf" milli təhsil brendinin yaradıcısı, pedaqoq, yazıçı-publisist, ədəbiyyatşünas Şəmil Sadiq, Söz" ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadə, Mahmud Kaşğari Fondunun başqanı, şair-publisist Elxan Zal və Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşarla görüşüb.
Sfera.az xəbər verir ki, görüşdə ədəbiyyat, mədəniyyət sahəsində çalışan ziyalıların, ədəbiyyatçıların və onların başçılıq etdiyi, təmsil olunduğu qurumların "Nizami İli"ndə - haqlı olaraq mədəniyyət ili kimi xarakterizə olunan 2021-ci ildə həyata keçirməyi planlaşdırdığı layihələr, tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
Komitə sədri istər 2020-ci ilin iyulunda Tovuzda baş vermiş döyüşlər, istərsə də 44 günlük Vətən müharibəsi zamanı türk ölkə və topluluqlarından olan qələm adamlarının Azərbaycana mənəvi dəstəyinin təmin edilməsi, eləcə də döyüşən orduya mənəvi dəstək göstərilməsi sahəsində görüş iştirakçılarının yaddaalan fəaliyyətini xatırladıb, onlara yeni uğurlar arzulayıb.
Ziyalılar səmimi görüş üçün Komitə sədrinə təşəkkür edərək, rəhbərlik etdikləri qurumlar adından ona fəxri fərman və plaketlər təqdim edib.
Komitə sədri Q.Paşayeva yazarlara Qarabağ motivli xatirə hədiyyələri bağışlayıb.