Qələmin baş hissəsini udan körpə son anda xilas edildi

Qələmin baş hissəsini udan körpə son anda xilas edildi

Bakıda boğazında qələmin baş hissəsi qalan yaş yarımlıq körpə son anda xilas olunub.

Sfera.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Uşaq Cərrahiyyəsi ve Urologiyası Uzmanı Fuad Hüseynov soail şəbəkədə paylaşıb.

 U  şaq evdə oynayarkən onda anidən boğulmağa, qaralmağa halları baş verib: 

"Ailəsi təcili ən yaxınlıqdakı xəstəxanaya çatdırıb, müdaxilə edə biləcək mütəxəssisləri olmadığı üçün yardım göstərə bilməyiblər.

Klinikaya gələndə ciddi tənginəfəslik, boğulma, hətta göz ətraflarında qansızma mövcud idi.

Təcili birbaşa əməliyyatxanaya alındı və nəfəs borusunda qələmin baş hissəsi qaldığı məlum oldu.

 

İşıqlı alətlə nəfəs borusuna girilərək yad cisim çıxarıldı. Hazırda evindədir.

Bəli, bu uşağın həyatını xilas etmək mümkün oldu, amma hər uşaq bu qədər şanslı olmaya bilər".



OXŞAR XƏBƏRLƏR